image_pdfimage_print

Məhşur bir əhvalat yadıma düşür… Bir dəfə bir goca kişi çayın qırağında balıq tutur. Bu zaman yol ayrıcında bir maşın dayanır, maşından hərəkətlərindən belə imkanlı olduğu hiss edilən bir nəfər düşür. Balıqçı kişidən pulu ilə balıq almaq istəyir və təbii ki, kişi yox demədən tutduğu yeganə balığı satır… Avtomobildəki kişi balığı alıb evə aparır və xadiməsi balığı bişirir. Balıq çooox dadlı olur və evdə olan qonaqlar deyirlər ki, bu balıqdan çox almaq lazımdır. Səhər kişi bir daha həmin yerə gəlir. Balıq tutan kişini görüb ondan 5 ədəd balıq istəyir. Balıq tutan kişi deyir: ” Mən gündə bir balıq tuturam və onu satıram. İkinci balıq tutmağa qalmıram və Sizə yalnız bir balıq verə bilərəm”. (Kişinin kiçik biznesi var). Varlı adam hər balığa görə böyük pul verəcəyini deyir. Balıqcı yenədə bunun mümkünsüz olduğunu bildirir və bunlar arasında məhşur dialoq başlayır:

Varlı adam: “Gəl mən Sizə pul verim, Siz mənim üçün gündə 5 balıq tutun”, Kişi: “Mən gündə bir balıqdan çox tutmuram”.

Varlı adam: “Özünüzə köməkçi götürün və mənə balıq tutun, mən axı Sizə yaxşı pul verirəm”. Kişi: “Mən pulu neynirəm?!”

Varlı adam: “Pulu götürüb daha çox adam tutarsınız, balıq ovunuz çoxalar daha çox pul qazanarsınız…”. Kişi: “Mən daha çox pulu neynirəm?!”

Varlı adam: “Necə neynirəm, özünüzü balıq fabriki açarsınız, pulunuz daha çox olar”. Kişi: “Mən daha çox pulu neynirəm?!”

Varlı adam: “Siz fabrik qurub bütün ölkəyə balıq satarsınız, artıq özünüz bu işə sadəcə rəhbərlik edərsiniz”. Kişi “Mən rəhbərlik etməyə neynirəm?!”

Varlı adam: “Sonra Siz öz fabrikinizə bir rəhbər qoyarsınız… özünüzdə çayın qırağında… dincələ-dincələ arada balıq tutarsınız”. Kişi: “Əzizim mən bügün onsuzda arada bir çayın qırağına çıxıb balıq tuturam. Bundan ötrü fabrik qurmaq lazım deyil…”

Bu misal bizə bir daha sübüt edir ki, çox böyük biznes sahibi olan sahibkarların belə arzusu, məhz xırda-kiçik və qayğısız həyatdır… lakin fikir verin, bu həyata sahib olmaq üçün belə mütləq sərbəstlik lazımdır!

Sərbəst olmaq üçün nə lazımdır?! Düşünməyə dəyər…

Kiçik biznes sevənlər oxusun – Ailə biznesi

Böyük biznes sevənlər OXUSUN

şərhlər

şərhlər

1 Comment

  1. Mukemmel yazidir:-):-)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close