image_pdfimage_print

Bu yaxında dost şirkətlərin birində maraqlı hadisə ilə rastlaşdım. Şirkət sahibi marketinqdən narazı olduğunu və məndən bir resept təklif etməyimi xahiş edirdi (mən hələ marketinqdən razı şirkət sahibi görməmişəm). Biznes haqqında ilkin məlumat əldə etdikdən sonra marketinq funksiyalarının kimin tərəfindən həyata keçirildiyini soruşdum, cavab çox sadə idi: “Biz marketinqi aotsorsinq etmək istəyirik, buna görə marketoloq götürmək istəmirik”. Dostlar Sizcə marketinqin autsorsinqi ola bilərmi və ya autsorsinq necə ola bilər?! Mən bu yazıda bu barədə öz fikirlərimi Sizlərlə bölüşəcəm.

Yazıya keçməzdən əvvəl deyim ki, mənim şirkətə birinci və hələlik yeganə tovsiyyəm təcili marketoloq götürmək oldu!!! (yazını oxuduqdan bunun doğru olduğunu görəcəksiniz)

Fikirlərimi Sizlərə daha sadə formada çatdırmaq üçün yazını 2 hissəyə bölmək istəyirəm: nəyi autsorsinq etmək olar?, autsorsinqi uğurlu etmək üçün nə lazımdır?. Hazırlaşın yazımız uuuzun olacaq, BAŞLAYAQ?!

Nəyi autsorsinq etmək olar?!

Son vaxtlar belə bir dəb yaranmışdır: bəzi nəzəriyyəçi menecerlər sözlərinin əvvəlində və axırında autsorsinqdə istifadə edirlər. Hərdən adamda belə fikir formalaşır, belkə həqiqətəndə şirkətdə marketinqi autsorsinq etmək olar?! Bu sualla cavab vermək üçün biz şirkətdə marketinq dediyiniz zaman nəyi başa düşdüyünüzü təyin etməliyik. Xahiş edirəm diqqət edin, marketinq şöbəsi (departamenti, xidməti) və ya sadəcə marketoloqla, şirkətdə marketinq fəaliyyəti arasında fərq var. Şirkətin (biznesin) inkişaf mərhələsi, böyüklüyü, sahibkarın dünya görüşü, marketoloqun bilik səviyyəsi və s. 10-larla faktor şirkətdə marketinqin hansı funksiyanın həyata keçirəcəyini təyin edir. Əziz oxucu əgər Sizin üçün marketinq Qurbanlıq Bayramına açıqca, işçilər üçün vizitka və ya şirkətin loqosu üzərində olan şokalad hazırladan bir strukturdursa… onda özünüzü bu məqələnin oxumasına yormayın… xətrinizə deyməsin məncə bu bloqda Sizin üçün “mənasız” görünəcək.

Marketinq biznesin düşünən beynidir və biz qəbul etməliyik ki, beyinin autsorsinqi fəlakətlə nəticələnə bilər, düzdür?! Siz mənimlə razınız, əks halda artıq saytdan çıxşmışdınız.

Marketinqin autsorsinqi dedikdə mənim fikrimcə biz yalnız marketinq strukturu və ya marketoloq tərəfindən həyata keçirilməsi əlavə xərc və resurs tələb edən fəaliyyətlərdən söhbət aça bilərik. Bu fəaliyyətlər hansılardır?

  • Reklam materialların çəkilməsi (TV rolik-ən tutmuş düzgün, vinillərin çapına qədər);
  • Kəmiyyət araşdırmalarının keçirilməsi;
  • Hansısa dar ixtisas bilikləri tələb edən sahələr üzrə kvalikasiyalı ekspert rəyi lazım olduqda;
  • Yeni bazarlara daxil olduqda (söhbət həm corafi, həm məhsulla əlaqəli işlərdən gedir);

Bundan başqa təəsüf ki, təcrübədə bəzi subyektiv autsorsinq səbəbləridə mövcüddür:

  • Büdcə çox olduqda, pulu harasa xərcləmək üçün; (bələ hallar son vaxtlar tez-tez rast gəlirəm);
  • Menecerin tənbəlliyindən, sadəcə işçi öz hükünü kiməsə ötürmək istəyir və əsaslandırır ki, “vaxt yoxdur, bu mütləq autsorsinq edilmılidir” və s. Səriştəsiz menecerlər bizi bezdirib!!!
  • Sadəcə vərdişdən, məsələn menecer hesab edir ki, hamı nəyisə aursorsinq edirsə bunu mütləq etmək lazımdır və s.

Nəcə autsorsinq etmək olar?

Burada məsələ əslində çox asanddır, uğurlu autsorsinq etmək üçün 2 vacib şərt var:

  1. Düzgün hədəf qoymaq. İstənilən autsorsinq fəaliyyətinə bir layihə kimi yanaşmaq lazımdır. Layihənin cari fəaliyyətdən fərqləndirən əsas faktor məhz ölçülə bilən hədəflərin, başlanğıc və son nöqtəsinin olmasıdır (ətraflı burdan oxuyun). Autsorsinq fəaliyyətində hədəf başlanğıc nöqtədir. Biz niyə autsorsinq edirik, autsorsinqdən sonra biz nə əldə edəcəyik və s. bu sualları vermədən autsorsinq edən çox saylı şirkətlər var…
  2. Nəzarət. Sizə tam səmimi deyirəm, eyni tipli işi, eyni şirkətə, eyni qiymətə autsorsinqi verin, bir işi nəzarət edin, digərinə yox. Nəticə Sizi təəcübləndirməyəcək: nəzarət etdiyiniz iş keyfiyyətli, nəzarət etmədiyiniz iş isə tam bərbad vəziyyətdə Sizə dönəcək. Vacib deyil, işi edən şirkət Azərbaycanda, Ukraynada və ya Türkiyədə yerləşir… nəzarət olmayan autsorsinq xidməti heç vaxt uğurlu olmur. Mən iş təcrübəmdə bir çox ölkələrdə autsorsinq etmişəm… eyni prinsip!

Sadalanan 2 şərtin həyata keçirilməsi üçün mütləq qaydada şirkətdə marketinq fəalliyyətinin aparılması üçün ixtisaslı kadrlar olmalıdır!

Autsorsinq etməyə tələsməyən

Müştəriyə yaxın olmaq rəqabət gücüdür!

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close