image_pdfimage_print

Keçən yazılarımızda strateji planlama dövrünün bitdiyini demişdik, təbii ki bu fikir heç bir şəkildə plansız fəaliyyət göstərmək mümkün olduğunun mənasına gəlmir. Bəzən gündəlik iş həyatında şirkətlərin qoyduqları hədəflərin tez-tez dəyişdiyinin şahidi oluruq. Bunun obyektiv səbəbi əlbətdəki biznes mühitinin qeyri-stabil olması olsada, subyektiv səbəb sahibkarın və ya menecerlərin zəif iradəsidir. İnsanlar hansısa əks təsirli rastlaşdığı zaman ən sadə üsul kimi yolun dəyişməsini seçirlər, lakin biznesdə bu daha təhlükəlidir.  Menecer turbalent zonada olmaqla, katastrof arasında olan fərqi düzgün şəkildə qəbul etməlidir. Dediklərimi izah etməyə çalışım.

Biznesdə hansısa yeni əməliyyatın aparılması özü-özlüyündə mənfəətin və (və ya) satışın aşağı düşməsi ilə xarakterizə edilir. Vacib deyil gərar doğrudur və ya yalnışdır, ilkin mərhələdə durğunluq olur. Misallar verim…

Misal 1. Məsələn düşünün ki, Sizin istehsal etdiyiniz məhsulları bir bölgədə bir neçə kiçik dilerlər satır və kanallar arası rəqəbət çox böyükdür, yəni bir diler o biri dilərə qalib gəlmək üçün qiyməti aşağı salır və s.. Əslində Sizin satışlarınız konkret bölgədə yuxarı olsada, prinsip etibarı ilə satış kanalları Sizin məhsulu satmaqdan məmnun deyil, çünki rentabellik aşağıdır (biri-birinə dempinq edir). Bu vəziyyətdə ən düzgün gərar əlbətdəki, böldəgə bir distribyutor tapmaq və bu distribyutora ekskluzivlik verərərk qiymət siyasətini vahidləşdirməkdir, belə etdikdə biznes rəqiblərlə mübarizə aparacaq və satış kanallı rəqabət minimuma gələcək. Bununla siz satış prosesinizi sistemləşdirməklə yanaşı, biznesinizi dahada sağlamlaşdırırsınız. Lakin hamı üçün doğru görünən bir gərar belə icrada qısamüddətli dövrdə problemlər yarada bilər. Bizim söhbət etdiyimiz halda satışlar bir müddət aşağı düşəcək. Lakin bu sırf qısamüddətli bir haldır və tezliklə biznesdə daha yüksək templerlə inkişaf edəcəyi heç kimdə şübhə doğurmur. Başqa sözlə desək heç bir şəkildə qısa müddətli uğursuzluq bizi uzunmüddətli faydadan yayındırmalı deyil.

Misal 2. Bəzən iş təcrübəmdə “Biz hər ay kampaniya etməliyik”, “Kampaniya olmayanda satışlar düşür”, “Reklamsız satış olmaz kimi” sözlər eşidirəm. Hətta bu yaxında Azərbaycanda çox böyük pərakəndəçi şəbəkənin sahibi mənimlə fərdi görüşdə dedi ki, biz hədiyyə verməsək sata bilmərik. Əlbətdə pərakəndəçi şəbəkədə reklam və kampaniya ən vacib şərtlərdəndir, lakin bir şeyi unutmaq olmaz ki, istənilən endirim və ya hədiyyəli kampaniyanın mənfi cəhətləri var. Əgər Siz hansısa bir məhsula endirim edirsinizsə, deməli bu məhsullu endirimsiz qiymətə alan müştərinizdə Sizdən narazı salırsınız. Unutmaq olmaz ki, kampaniyaya görə gələn müştəri daimi müştəri deyil və sabah rəqib şirkət daha bir kampaniya edəndə oraya gedəcək. Satışın stimullaşdırılması kampaniyaları qısa müddətli effekt versədə uzunmüddətli dövrdə brendin imicinə mənfi zərbə vurur. Bu sözləri Azərbaycan işləyən bütün marketoloqlar bilir və mən əminəm ki, mənim razılaşarlar. Endirim prosesi emosional dəyərlə birlikdə müştəriyə verilirsə bu brendin imicini böyük zərbə vurur. Qısa müddətli kampaniyalardan qaçmaq lazımdır və ya başqa sözlə desək imic kampaniyası ilə, stimullaşdırıcı kampaniya arasında balans olmalıdır.

Misal 3. Bəzən bazarda olan hansısa bir ehtiyyacın ödənilməsi üçün biz yeni məhsullar yaradılması barəsində düşünürük. Mən hesab edirəm ki, marketinqdə ciddi vaxt tələb edən ən ciddi proses yeni məhsul hazırlanması olmalıdır. Bu prosesdə teləsmək olmaz (təbii ki Vaxtında və ya Ölü prinsipi burdada işləyir). Bezən şirkətlərdə bazarda hansısa bir rəqibin ucuz məhsul istehsal etdiyini görüb yeni məhsullar hazırlayırlar. Bununla şirkət öz imicinə zərbə vurur, çünki ucuzluq ardında getmək heç kimi xeyr verməyib! Qısa müddətli uğur əldə etmək mümkün olsada uzunmüddətli düşünəndə imicə vurulan zərbə daha zərərli olur.

Ümimiyyətlə istənilən biznesin öz yolu olmalıdır və sahibkar tutduğu istiqamətdən çekilməmişdən əvvəl ciddi düşünməlidir, qısamüddətli düşüncə biznesdə çox təhlükəlidir!

Uğurlu Biznes – İdrakdan asılıdır!

Azərbaycanda biznesin gələcəyi və 3 dəyər

şərhlər

şərhlər

1 Comment

  1. Biznesde strategiyalarin esas deyishme sebebi mence siyasi veziyyetdir. Bir olkede muharibe gedirse ve ya ingilab gozlenilirse hec bir strateji idareetmeden sohbet gede bilmez. Bu fikirlerede raziyam ki, plansiz biznes mumkun deyil.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close