image_pdfimage_print

Son vaxtlar yaşlı nəslin nümayəndələri söhbət etdiyim zaman hiss edirəm ki, sahibkarlıq, biznes fəaliyyəti bu adamlar üçün – düşmən sözünün sinoniminə çevrilib. Mən bu yazıda bir daha sahibkarlığın cəmiyyətin inkişafı üçün təkan verici güvvə olduğu barədə fikirlərimi yazacam.

Əlbətdə ki, yaşlı nəslin nümayəndələrində sahibkarlıq fəaliyyətinə mənfi gözlə baxmaları təsadüfi deyil. İlk öncə hamımız bilirik ki, sovet dövründə iqtisadi sistem “planlı” adi ilə tam xaotik və biznes məntiqi olmadan həyata keçirilirdi. Sovet sisteminin əsasını təşkil edən “bərabər hüquqluluq” yalnız sozdə olması ilə yanaşı, hətta nəzəri olaraqda mümkün olmaması hamımız üçün aydındır. Şorla yağın qiymətinin heç bir şəkildə eyni olmayacağı kimi, insanlar arasındada bərabərlilik prinsipi mümkün deyil.

Sahibkarlıq fəaliyyətinin cəmiyyətin rifahında rolu barədə ən səlist və düzgün nəzəriyyə əlbətdəki Adam Smitin “görünməz əl” nəzəriyyəsidir. Yadınıza salım:

Adam Smit deyir ki, cəmiyyətdə sahibkar öz mənafeyini güdərək özüdə bilmədən cəmiyyətin rifahına xidmət edir. Sahibkar novator olsada bunu cəmiyyət üçün edir. Məsələn bir nəfər istehsal sahəsi qurur (heç vacib deyil nə edir, hətta mağaza belə aça bilər) və hansısa məhsulun istehsalı ilə məşğul olur. Bunun üçün özünə işçi götürür və işçisinə əmək haqqı verir, işçisi əmək haqqını alır və bu pulu hansısa məhsulun əldə edilməsinə xərcləyir… bu ardıcıllıq davam edir. Burada sahibkar öz mənafeyinə xidmət etsədə əslində görünməz əl onun faydasını cəmiyyətə verir (iş yerləri açılır), işçi əmək haqqısında götürüb özünə lazım olan məhsul alır və bu məhsul digər bir sahibkarın istehsal etdiyi bir şey olur, həmin sahibkar yenedə işçisinə maaş verir, işçi… və s. Beləliklə cəmiyyətdə görünməz əl bütün hamını düşünür və tənzimləyir. Bu görünməz əl nəyin ki, hamıya “çörək” verir hətta bu “çorəyin” artıq qiymətə satılmamasını belə tənzimləyir!

Sizin hiss etdiyiniz kimi, burada 2 əsas rol var: sahibkar və işçi. Beləliklə işçinin həyatda qalması üçün mütləq sahibkarlıq fəaliyyəti və ya biznesmenlər lazımdır. Biznesmen işçidən fərqləndirən 3 əsas xüsusiyyət var:

  1. Risk etmə bacarığı. Bu tip adamlar risk etməkdən qorxmurlar, çünki hamımız bilirik ki, istənilən biznes fəaliyyəti risklidir və əlbətdə ki adi işçiliklə müqayisədə daha çox düşüncə tələb edir. Məsələn İdeal və ya Romantic mağazalar şəbəkələri risk etməsəydilər bügün Azərbaycanda belə böyük bizneslər yox edi…
  2. Müşahidə qabiliyyəti. Biznesmenlər digərlərinin görə bilmədiyi şeyləri dəqiq görə bilirlər. Bunun əsas vacib səbəbi odur ki, çoxları üçün qaranlıq yer, uğurlu biznesmenin gözündə rahat işıqlandırılacaq otaq kimi görünə bilər və s. Məsələn bu yaxınlarda Marketing AİR təlimlərində İngvar Kampradın, avtomobilin çoxalması dövründə görə bildiyi biznes imkanları barədə danışmışdım və ya Media Markt-ın heç kimin görə bilmədiyi biznes məntiqi… bir sözlə biznesmen müşahidə qabiliyyətli olmalıdır.
  3. Operativ gərar vermək. Bu haqda Vaxtında və Ölü adlı yazıda danışmışam.

Dostlar mən hesab edirəm bu 3 xüsusiyyətin heç biri insanda anadan gəlmə olmur. Əlbətdə mən genetik dəyərlərə hörmətlə yanaşıram, lakin hesab edirəm ki, hər bir insan özündə sahibkarlıq xüsusiyyətlərini aşılaya bilər!

Bügün biznesmen nəyin ki düşmən, cəmiyyətin xilasıdır!

Bəs Sizcə mehriban düşmən kimdir?!

BRENDİNQ və 6-cı hissiyat

QR kod və Vodofone – TRENDİ İZLƏ

şərhlər

şərhlər

5 Comments

  1. Bu bloqu oxudugca men biznesmen olmagi arzulayiram. Ilkin muellim cox sag olun!

  2. Sahibkar, biznesmen neyinki, cemiyyetin men deyerdim hem olkenin xilaskaridir. Cunki sahibkar dovelte yardimcidir olke ehalisinin isle temin edir hemde olkede rifah yaradir. Dovlete yalniz bunu temzimlemek qalir. Ona gore yersiz yoxlamalar ve yaxud rusvetxorluq sahibkarliqin inkisafina mane olan baryerlerdir. Men bilen bizim prezident sahibkarliqi destekleyir. Yalniz bizm memurlara buna emel etmek qalir. Ve birde bize duzgun gomruk vergi siyaseti lazimdir. Sahibkarliqin iqtisadiyatin guclenmesinde rolu cox boyukdur. Guclu iqtisadiyyat guclu dovlet demekdir.

    • Məndə elə hesab edirəm. Düzdür bizdə əsasənda yaşlı nəsil, sahibkar-biznesmen sözlərini sevmirlər. İnanıram ki, buda vaxt keçdikcə öz yerini tutacaq.
      Dövlətə gəldikdə… əslində burda vəziyyət göründüyü qədərdə pis deyil. İnanırıq ki, tezliklə daha yaxşı olacaq.
      Bloqu izlədiyiniz üçün çox sağ olun!!!

  3. Umimilikde cox yaxsi olardi ki, bizim hokumet iqtisadi reformalar aparsin. Azerbaycan ehalisinin sayi 10 milyona yaxindir ve Avstriya boyda erazisi var. Bu hecde balaca bazar deyil eger duzgun qanunvercilik yaradilsa hami is ile temin olar. Olkede istehsal olunan mehsullar anbarlarda yigilib qalmaz.. Pullar olkemizde dovruyede olar ve ehalini dolandirar.

  4. […] ki, “Biznes – əziyyətsiz gəlir növüdür” biz hesab edirik ki, “Biznes ən sağlam insan fəaliyyətidir“. Eyni məsələyə iki fərqli baxış nəticəsində bizim beynimizdə olan-qalanda […]

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close