image_pdfimage_print

Biz Sizinlə 21-ci əsrin brendlər əsri olduğunu demişdik. Təbii ki, bu prizmada brend menecerlər ən vacib işçilərin başında dayanır. Azərbaycan şirkətlərində hələlik bu vəzifənin tam gücünü hiss etməsələrdə xarici təcrübə göstərir ki, brend menecer – biznesin əsas gəlir mənbəyini idarəedir! Mən bu yazıda brend menecerin şirkətə ilk gəldiyi vaxtlarda görməsi vacib olduğunu şeyləri sıralayacam.

İlk əvvəl qeyd edim ki, əfsanəyə görə brend menecer termini ilk dəfə olaraq P&G yaranmışdır (1928-1930-cu illərdə). Şirkətin işçisi rəhbərliyə təkliflər hazırlayır və izah edir ki, əgər Siz həqiqətəndə İvory brendinin inkişafını istəyirsinizsə mütləq brend menecer deyiləcək bir vəzifə olmalıdır və bu vəzifənin şirkətdə görəcəyi işləri göstərir. Daha sonra şirkətin CEO-su, Amerikanın müdafiyə naziri olmuş bu işçi indiyədək şirkətlərdə brend menecment vakansiyasının yaradıcısı kimi adlandırılır.

Əslində ətrafımıza baxsaq verilən biznes və ya istehlakçı gərarlarının böyük əksəriyyəti brend dəyərlərinin üzərində aparıldığını görərik, məsələn?! Mən bir b2b, birdə b2c sektorda brend təsiri barədə misal çəkim:

  • Məsələn, şirkətdə xərclənən hər bir senti hesablayan sahibkar və maliyyə direktoru heç bir sorğu sualsız 2-3 mln Evroluq pulu hansısa SAP-ın proqram təminatına xərcləyir. Əslində bu adamlar özləridə izah edə bilmirlər, axı niyə bahalı SAP-ı almaq olar, lakin ucuz və bəzi funksiyalarına görə ondan öndə olan bir proqram yox?! Amma fakt, fakt olaraq qalır hamı SAP alır və ya SAP arzulayır! (B2B)
  • Məsələn, Evdə daim qənayətçilikdən danışan və pulu xərcləməyi sevməyən bir evdar xanım gedib Ariel alır. Maraqlısı budur ki, bu hər dəfə təkrar olunur və evdar xanım digər yuyucu tozlar barədə heç düşünmürdə, yəni heç müqayisədə etmək istəmir. (B2C).

Beləliklə biz hamılıqla gəbul edirik ki, brendinq biznesin əsasıdır!

Keçək əsas məsələyə, brend menecer şirkətə gəldikdə atacağı ilk addımlar hansılar olmalıdır?! Mən özümün və brend menecer dostlarımızın praktikasında uğurlu olan şeylərdən danışacam.

  1. Şirkət sahibi ilə tanış olun. Bizim şirkətdə bir vaxtlar mənim xətti rəhbərim olan çox hörmət etdiyim bir nefər hər dəfə mənə deyirdi ki, rəhbərliyin razılığı və dəstəyi olmadan heç bir layihə uğurlu ola bilməz… Bu sözləri Sizdə nəzərə alın, bir vaxtlar mənim buraxdığım səhvləri etməyin. Əgər Siz nesə etmək istəyirsinizsə (Siz bunu mütləq istəməlisiniz, çünki brend menecer vəzifəsində heç ne etməmək faciyədir) deməli bu istəyi ilk olaraq Sizin rəhbəriniz bilməlidir.
  2. Brend menecment auditdən başlayır. İlk olaraq brend menecer şirkətin və ya məsul olduğunu brendin auditini aparmalıdır. Brend bukun auditi, brend bukda olanlarla real səhnənin auditi, brendin məhsul portfelinin auditi və s. Bir sözlə brendin müştəri ilə görüşdüyü bütün nöqtələr təhlil edilməlidir və problemli nöqtələr aşkarlanmalıdır. Lakin Sizə bir məsləhə verim, audit nəticələri bitmədən heç bir reaksiya verməyin. Sizin gördükləriniz heçdə hər zaman həqiqət deyil.
  3. Araşdırma. Brend menecer mütləq brendin mövqeyi barədə informasiyaya sahib olmaq üçün araşdırmalara başlamalıdır. Harasa getmək üçün ilk əvvəl harda olduğunu bilməlisən. Brend menecer idarəedəcəyi brendin harda olduğunu, mövqeyini dəqiq başa düşməlidir. Araşdırma yalnız son müştərilərlə deyil, mütləq satış heyyəti, dilerlər və ya şirkətdə uzun zamanlardır işləyən adamlarla ola bilər. Bəzən şirkət əməkdaşlarının verdiyi informasiyanın dəyəri böyük araşdırma nəticələrindən daha faydalı ola bilər.

Bu 3 addımdan sonra atılması vacib olan amillər şaxələnir, yəni şirkətə, sektora, sahibkara, hədəflərə (Sizin və şirkətin) görə dəyişir. Bundan sonra brend menecer mütləq nəzəri biliklərə sahib olaraq vəziyyətdən nəticələr çıxarmalıdır. Paralel olaraq praktikası olmalıdır ki, bəzi su altı qayıqları görə bilsin… yəni əsl brend menecerlik bu 3 addımdan sonra başlayır!!!

Brend menecerləri hörmətlə,

HR brendinq və Azərbaycan şirkətləri

“Rəqibsiz” brendlər

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close