image_pdfimage_print

Bügün ənənəvi keçirdiyimiz araşdırmaların Azərbaycan bazarında fokus-qrupunda iştirak edirdim. Mən çox zaman fokus-qruplarda özüm oluram və bütün marketoloqlardan bunu önəmlə tövsiyyə edirəm, bilirsizdə informasiya dəyərini?! Fokus-qrup zamanı aşağıdakıları müşahidə etdim:

  • Fokus-qruplarda müzakirə ediləcək mövzü sayı maksimum 5 olmalıdır. Digər sözlə desək araşdırmalarda həqiqi istədiyiniz məlumatları almaq istəyirsinizsə mövzu sayını çoxaltmaq səhvdir, çünki adamlar tez yorulur və verdiyi cavablar “can dərdi” olur;
  • Fokus-qrup aparan moderatora mütləq mövzunu “çeynəmək” lazımdır, yəni moderator söhbətin nədən getdiyini və ya mövzuda konkret nəyin aşkar edilməsinin istənildiyini bilməlidir. Bu sadəcə Brif və ya sadəcə fokus-qrup ssenarisinin təsdiqlənməsi ilə olmur… mütləq moderatorla görüşün, imkan daxilində fokus qrupa bir neçə gün qalmış;
  • Fokus qruplarda respondent sayını və seqmentini düzgün təyin edin. Mən hesab edirəm ki, Azərbaycanda ideal fokus-qrup iştirakçı sayı 6 nəfərdir. Düzdür bügün bizdə daha çox 8 nəfərli formatları tətbiq edirlər… lakin hesab edirəm bu effektsiz olur. Səbəb? Bilirszi səbəb odur ki, onsuzda adamların maksimum 4 nəfəri aktiv olur və say çox olanda vaxtın faydasız itkisi baş verir (bügünə qədər 10-an çox fokus-qruplarda olmuşam… 4 nəfərdən çox aktiv olan görməmişəm…);

Azərbaycan şəraitində mənim müşahidəmə görə, fokus-qrupun əsas prinsipləri aşağıdakılardan ibarətdir:

  • Biz səmimi millət deyilik və bizə adi moderatorla ürəyimizdə olanı açmaq çox çətin olacaq. Adamlar geyimləri brend olmadığı halda (yumşaq desək), danışıqlarından belə çıxır həyatda ancaq brend geyinir…;
  • Fokus-qrupda iştirak edənlər işsiz və vaxtını hara xərcləyəcəniyi bilməyənlər olur. Düzgün, hədəf kütləyə uyğun respondent qrupu tapmaq çox çətin bəzən müşkül işə çevrilə bilər;
  • Bizdə mütləq kəmiyyət araşdırmasından sonra bir daha keyfiyyət araşdırmasına ehtiyyac olur, çünki çox zaman elə nəticələr əldə edilir ki, onu başa düşmək üçün yenidən keyfiyyət araşdırılması lazımdır.

Hesab edirəm ki (oxu əminəm ki), marketinqdə araşdırma mütləqdir və araşdırma prosesini etməyən marketinq bloku… hara gedəcəyini bilməyən adama bənzəyir.

Təəsuf ki, Azərbaycanda belə şirkərlər çoxdur (hara gedəcəyini bilməyənlər və özlərindən razı)… ay şirkətlər düşünməyə dəyər?! Bu arada düşündürəcək adamlar marketoloqlar olmalıdır!

Brendinizin SES-i gəlsin

FMCG VƏ YENİ TRENDLƏR BARƏDƏ YAZI

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close