image_pdfimage_print

Bügündən etibarən yazıb bütün bloq oxucuları qarşısında söz verirəm: “Mən tezliklə Marketinqə aid kitab çıxaracam!”. Təbii ki, marketinq məfhumu o qədər geniş və çox mənalıdır ki, marketinqdən kitab yazacam sözündən sonra biz düşünməliyik: “Hansı marketinqdən KİTAB YAZACAM?!”.

Mən tam əmin olduğum şeylər barədə Sizə məlumat verim:

  • Yazacağım kitab heç bir şəkildə nəzəriyyə ilə bağlı bir şey olmayacaq;
  • Kitabda yalnız etdiklərim və real praktikada gördüyüm şeylərdən yazacam;
  • Heç bir şekildə filan-şeyi filan cürə etsək yaxşı olar… kimi yazılar olmayacaq. Mən sadəcə olaraq çalışdığım dövrlərdə nə etdiyim və bu şeylərə necə nail olduğum barədə yazacam;
  • Əlbətdə buraxdığım səhvlərim mütləq burada yazılacaq, çünki kitabı özümüz üçün yəni, marketinqə vurğun olan dostlarımız və ya gələcəyini sahibkar kimi görən adamlar üçün yazacam!
  • Əlbətdə kitab yalnız, Azərbaycan dilində olacaq; (yaxşı redaktor dostumuzla)

Əslində Siz bilirsiniz ki, mənim üçün marketinq elə biznesin özü deməkdir və bu baxımdan dəyərli oxucularımdan xahişim var, Sizcə mən hansı istiqamətdə kitab yazsam daha maraqlı olar?! Aşağıdakı alternativlər var:

  1. Marketing
  2. Brendinq
  3. Biznes (Start Up)
  4. Şəxsi inkişaf (marketinq üzrə)

Cavablarınızı mənə yaza bilərsiniz və ya komment qoyun.

Kitabın yazılışında Marketing AİR-e olan aktiv dostlarımızın köməyindən istifadə edəcəm! Məncə çox yaxşı bir şey ortaya qoyacağıq!

PROBLEM: Mənə mütləq Azərbaycan dilində qrammatik cəhətdən yaxşı yazan dostlarımızın köməyi lazım olacaq!!!

P.S. Mən hələdə Azərbaycanca səhvsiz yazmağı öyrənə bilmədim!!!

Niyə bloq oxunaqlıdır?!

100-cü yazının – YAZISI

şərhlər

şərhlər

9 Comments

  1. 3 və 4 maraqlı olar.

  2. Kitabinizi yazib hazir etdikden sonra yayimini teshkil etmekden Kitab klubu olaraq memnun olariq )).

  3. Azerbaycan dilibde qramatik cehetden dogru yazmaq imkanlarim the var. Komek etmekden memnun olaram. ))

  4. Movzu secimi olaraq ise – mence marketinq ve PR ozunde birleshdirmelidir.

  5. Bagishlayin fikirlerimi ayri ayri commentlerde yaziram )) Amma fikirler yarandiqca yaziram) Elave etmek isterdim ki insanlarin onunde bir sheye sorry vermek insana o sihi gormekde boyuk stimul verir. Size ugurlar! ))

  6. 4 – Şəxsi inkişaf (marketinq üzrə)-ni tərcih edərdim. Çünki bu peşə ilə maraqlanan gənclərin əl kitabı olar.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close