image_pdfimage_print

Bugünlərdə dünyada ən yaxşı iş yerləri təmin edən şirkətlərin siyahısı verilmişdir. Gəlin bu siyahını Sizlərə təqdim edim və sonra bu haqda öz kommentlərimi verim.

  1. Google. Bu şirkət haqqında mən Sizinlə danışmışdım, xatırınızdan çıxmışdısa buradan oxuyun.
  2. Apple. İnnovativ şirkət işçilərinin məmnuniyyətindədə liderlik edir.
  3. Microsoft. İT sektorunun bir vaxtlar yekdil lideri ilk 3ə daxildir
  4. Facebook. Hamımızın əsas ünsiyyət vasitəmizə çevrilmiş Facebook İT sektorunun ilk 10-da olan axırıncı şirkətidir
  5. Unilever. İlk beşliyə daxil olan FMCG-i lideridir.

Burada mənim diqqətimi bir şeydə çəkdi, baxın ilk 5-ə olan şirkətlərin 4-ü İT sektorunun təmsil edir, biznesin hara getdiyini bununla hiss etmək olar!

Dostlar bu şirkətlərin hər biri dünyanın ən rentabelli şirkətlərinində başında dayanır. Məsələn Google heç şübhəsiz dünyanın ən rentabelli biznesidir və s. Mənim müşahidə etdiyim bir məsələ var: “Şirkətlərin rentabelliyi artdıqca, maliyyə qaynaqlarından istifadə bir o qədər standartlaşır, ciddiləşir”. Bəs Sizcə belə varlı şirkətlər insan qaynaqlarını belə böyük investitsiya niyə qoyurlar?! Cavab çox sadədir.

  • Çünki işçilərin məmnuniyyəti biznesin inkişafı ilə düz mütənasibdir;
  • Çünki yalnız məmnun işçi olan şirkətlərdə məmnun müştəri ola bilər; (bu haqda yazmışdım, oxuya bilərsiz!!!)
  • Çünki istedadlı işçini işlətmək üçün mütləq məmnun etmək lazımdır;
  • Çünki dünyada lider şirkətkər bizim, Sizinlə birlikdı bilmədiyimiz çoxlu çünkilər bilərlər ki, işçilərinə belə diqqət yetirirlər.

Məncə düşünməyə dəyər…

Yazılmayan Qaydalar (1-ci yazı)

Yazılmayan qaydalar (ikinci yazı)

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close