image_pdfimage_print

Mən nervizora televizora çoxtandı baxmıram… bügün təsadüfən reklamlara baxırdım… və Feminanın reklamını gördüm. Sizə bu haqda fikirlərimi deyim.

Birincisi bu şirkət bahalı dəri kürklər satır… reklamda belə adi tərzdə ssenari qurmaq məhsul kateqoriyasına yaraşarmı?!

İkincisi Femina hamı bilir ki, keyfiyyətsiz Çin mallarını bizə çox baha qiymətə təklif edir… hələ buna baxmayaraq sondu durub deyir ki, “Çin deyil eee, Feminadır”

Üçüncüsü mənim belə səviyyəsiz reklamlara baxanda həqiqətən TV-ə mütəmadi baxanların yerinə pis oluram… axı biz bu reklamlara layiq deyilik

Dördüncüsu bu tip reklamlar Azərbaycan bazarında işləyirsə (qorxuram ki, işləyir) biz deməli öz üzərimizdə hələ çoooox işləməliyik!

Beşincisi mən bizim mətbuatda belə səviyyəsiz reklamlar görəndə TV-ə baxanların yerinə pis olmağım bir yana, həmdə mətbuatın səviyyəsini aşağa salır…

Bilirsiz sözün açığı mən bu yazını marketoloq kimi, mütəxxis kimi deyil sırf adi vətəndaş kimi yazıram və əgər marketoloq cəhətdən məsələyə yanaşsaydım:

  • Reklamın kommersiya elmi olduğunu xatırladardım;
  • Reklamın auditoriya ilə bir dildə danışması vacib olduğunu deyərdim;
  • Reklam nəticə verisə deməli yaxşıdır deyərdim.
  • Və s.

Bir sözlə desək dostlar mən arzu edirəm ki, Feminanın çəkdiyi reklamlar kimi “incəsənət” nümunələri az olsun.

Düşünməyə dəyər…

Lüks müştəri hardadır?!

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close