image_pdfimage_print

Çox zaman dostlarla Facebook-a lüks brendlərin kommunikasiyası barədə söhbət edirik (Facebook fəsədları barədə buradan oxuyun). Mən hesab edirəm ki, lüks brendlər (premium brendlər) mütləq facebook-a olmalıdır. Bunun ən sadə və göstərişli nümunəsi isə Ferrari brendinin facebook səhfəsidir. Fikirlərimi izah etməyə çalışım.

Lüks məhsulu satmaq üçün məhsul arzulanan olmalıdır. Məsələn düşünün ki, dünyada neçə nəfər Ferrari almaq istəyir… bəs neçə nəfər ala bilər?! Klassik marketinqə görə Ferrari reklamları yalnız bu məhsulu almağa qadir olan insanlar üçün edilməlidir və təbii ki, bu insanlar sosial şəbəkələrdə vaxtlarını itirmirlər və ya başqa cürə desək, reklam bu kütləyə təsir etmir.

İşin əslində isə bu məsələ daha fərqlidir. Məhsulu lüks kateqoriyaya qaldıran əsas amil məhz onun kütlə tərəfindən arzu edilməsidir. Məhz hamının arzu etdiyi şeyə sahib olduqda insan həzz ala bilir.

Nümünə Ferrarinin facebook səhfəsi. Düşünün ki, səhfəni 10 mln. yaxın adam “like” etmişdir və Ferrari yaxın 100 ildə bu qədər avtomobil satma haqqında fikirləşə bilməz. Bəs Sizcə Ferrari nə məqsədlə bu qədər fan toplayıb?

  • Brend öz dəyərlərini aşılamaq üçün sosial şəbəkədən istifadə edərək ictimai rəy formalaşdırır. Unutmaq olmaz ki, istənilən premium həyat tərzi ilə yaşayan adam belə cəmiyyətdən təcrid edilə bilməz və ictimai rəylə hesablaşır. Heç bir fərdi yanaşma, ümumi ehtiyyacları ödəmədən mümkün deyil.
  • Ferrari öz brendini gücləndirmək üçün, brend tanınmasını yuxarı səviyyədə saxlayır. Əlbətdə TV-ə girmək brendi imicinə zərbə vura bilər. Ən sadə metod sosial şəbəkələrdir. Bununla brend daim “Top of Mind” öz kateqoriyasında təmin edir. Bu fikri diqqət edin… mən öz kateqoriyası dedim, amma avtomobil demədim. Ferrarinin əsas uğuru odur ki, dünyada avtomobil kateqoriyası üçün brend ilk ağla gələn olmasada, ən arzulanan əşya kimi hər zaman “Top of Mind” yer tutur!
  • 10 milyon fan səhfəsi olan brend istənilən vaxt bunu kommersiya tərəfindən istifadə edə bilər. Necə?! Çox sadə düşünün ki, 10 mln. adam Sizin brendinizin fanıdır. Əlbətdə bu adamların “yumşaq desək” əksəriyyəti Ferrari ala bilməyəcək, lakin demək olar ki, hər biri Ferrari mağazasına girib maya dəyəri 0,01 Evro olan suvenirə 20-30 Evro verməyə hazırdır! Bu bir misal edi…

Hesab edirəm ki, lüks brendlərin kommunikasiya strateqiyası ən az öyrənilmiş marketinq istiqamətidir…

Birlikdə düşünməyə dəyər!

Lüks müştəri hardadır?!

LÜKS BRENDLƏRİN MARKETİNQİ

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close