image_pdfimage_print

Bəzən çox maraqlı bir halla rastlaşıram: kimsə hansısa mövzu haqqında çox dolğun informasiya verir (dolğun heçdə doğru demək deyil) və ilk baxışda elə bir təsəvvür yaranır ki, bu işi edə biləcək bir nefər varsa bu elə bu adamdır! Lakin işin dərinliyinə getdikcə hiss edirsən ki, bu sözlərin sahibi sadəcə bu haqda gözəl danışa bilir, realda isə konkret işin reallığı üçün heç bir addım atmır. Belə tipli adamlar sadəcə öyrətmək funksiyasını daşıyırlar və özləri heç bir halda dediklərini tətbiq etmirlər – bunu mən “müəllim sindromu” adlandırıram. Bu sindrom sahibkarlıq fəaliyyətini tam ziddir çünki sahibkar düşünməli və icra etməlidir. “Müəllim sindromu” Azərbaycana keçmiş sovet məktəbindən gələn bir ənənədir, çünki planlı iqtisadi sistem fərdi fəaliyyətləri boğmağa yönəlirdi.

Bügün hələdə bizim gözümüzdə “sahibkar” alverçi kimi görünür, əslində isə bu belə deyil! Sahibkar ölkənin, biznesin təkan verici güvvəsidir və əlbətdə ki, cəmiyyətin formalaşmasında ən vacib instansiya məhz biznes subyektləridir.

“Müəllim sindromu” muasir biznesdə ən təhlükəli “xəstəlikdir” çünki bu insanlarda kütləvi hərəkətsizlik yaradır. Biznesdə uğurun formalaşmasında ideyanın payı 20%-sa, icranın əhəmiyyəti ən azı 60%. Sizə bir Statistika verim, yeni bizneslərin formalaşmasında amillərin əhəmiyyətlik dərəcəsinə fikir verin:

  • ideyanın mükəmməliyini təsiri cəmi 20%;
  • xarici mühit amillərinin biznesə təsiri 20%;
  • icranın biznesə təsiri 60%!!!

MƏNBƏ – ABSATZWIRTSCHAFT

Beləliklə məlum olur ki, biznesdə icra ən vacib dəyərdir. Yaxın dostumuzun fikirləri burada yadıma düşdü: “İstənilən işin uğurlu olmasının arxasında insan zəhməti dayanır və heç bir fəaliyyət zəhmətsiz mümkün deyil”

Beləliklə dostlar arzu edirəm ki, heç biriniz müəllim sindromuna tutulmayasınız!

Düşün – İcra ET!!!

Balıqçı misalı… – MARAQLIDIR

UĞURLU BİZNESİN 3 SİRRİ – hamı bunu oxuyur…

 

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close