image_pdfimage_print

Sizində bildiyiniz kimi rəqabət mübarizəsində qalib gəlmək üçün aşağıdakı üsullar olur:

  • Sizin məhsul (xidmət) rəqiblərdən daha yaxşıdır. Müştəriyə lazım olan şey yalnız Sizdədir. Bunu praktikada nail olmaq çox çətin olur, çünki hər bir adam Trump və ya Apple kimi şirkət qura bilməz.
  • Sizin təklif etdiyiniz mal rəqibləriniz müqayisədə daha ucuzdur. Təbii ki, bunun üçün gərək Sizin müştəri üçün xüsusi bir qabiliyyətiniz (dəyər zənciriniz) olsun, yoxsa necə ola bilər?!
  • Siz müştərinizə daha yaxınsınız. Burada söhbət məhz Sizin xüsusi xidmət prosesinin təşkil edilməsindən gedir. 

Müştəriyə yaxın olmaq üçün 2 əsas üsul mövcuddur: birinci üsul kiçik və cəld olmaq, ikinci üsul innovativ olmaq. Gəlin bunları nəzərdən keçirək.

Birinci üsul – kiçik və cəld olmaq. Şəxsən mənim bu tip şirkətlər çox xoşuma gəlir. Burada artıq və lazımsız biznes-proseslər qurmağa ehtiyyac yoxdur, biznesin bütün ipləri sahibkarın əlində olduğu gərarlar operativ qəbul edilir. Belə bizneslərdə qeyri-biznes münasibətləri, problemləri demək olar ki olmur (dövlətlə problemlər, xüsusi vergi yoxlamaları, kredit ödəmək və s.)

İkinci üsul isə – innovativ olmaqdır. Biznesdə böyük şirkətlər müştəriyə yaxın olmaqla rəqabətdə qalib gəlmək istəyirlərsə bunun – yeganə yolu innovatsiyadır. İnnovatsiya dediyimiz zaman biz təbii ki, yalnız qeyri-adi bir ixtira əsasında biznes təşkilindən danışmırıq. İnnovatsiya biznesin bütün mərhələlərində ola bilər. Bir şirkət bunu müştəri üçün xüsusi satış sonrakı xidmətin təşkili ilə, digər şirkət yeni məhsul yaradılması prosesi, o biri sadəcə satış kanallarında edir. Buna aid biznes praktikasından 100-lə misallar gətirmək olar. Bütün bu misallardan biz Sizinlə bir şeydən əmin olacağıq: iri şirkətlər üçün müştəriyə yaxın olmağın tək yolu innovativ biznes yanaşmadır.

Bu tip şirkətlər üçün heç bir krizis, heç bir bazar konyukturasında olacaq dəyişiklik qorxulu deyil!

Epataj reklam və Evroset

Marketinq kreativləşir!

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close