image_pdfimage_print

Dostlar istənilən prosesin inkişafı üçün narazı olan adamlar lazımdır və ya başqa cürə desək kritika olmayan yerdə – inkişafdan söhbət gedə bilməz! Lakin burada çox xırda, amma xırda olduğu qədərdə vacib bir məsələdə var: “Əgər Siz kritikanı “qalxanla” qarşılasanız, problemlər ciddi xarakter alacaq”. Dediklərimi bir neçə misalla izah etməyə çalışım.

Misal 1. Bu yaxınlarda sosial şəbəkələrdə mənim yazdığım yazıların birinə heç tanımadığım adam, qrammatik səhvlərin olduğunu yazdı. Əslində çox düzgün və yerində edilən bir irad edi, çünki Sizində bildiyiniz kimi, mən hələdə Azərbaycan dilində səhvsiz yazmağı öyrənə bilməmişəm. Çox düşünmədən bu iradı yazan adama minnətdarlıq etdim və öz səhvimi düzəltdim… üstündən 3-4 dəqiqə keçməmiş adam mənə minnətdarlıq etdi və yeni bir status yazdı : “İlkin müəllim Sizin yazdıqlarınız, buraxdığınız xırda səhvlərdən qat-qat daha dəyərlidir”

Nəticə: İstənilən iradı rahat qarşıladığınız zaman Siz hemin iraddan güc ala bilmək şansınız olur, təbii ki, bunun üçün sözü gedən irada düzəltmək, qəbul etmək lazımdır.

Misal 2. Çalışdığım şirkətdə bir dəfə müştəri xidmətinə bir şikayət zəngi gəldi. Zəng edən adam telefonda aldığı məhsulun dağıldığını iddiya edirdi və şirkətə az qala düşmən edi. Biz vaxt itirmədən hemin adamın evinə getdik və aydın oldu ki, həqiqətəndə montaj zamanı ustanın buraxdığı səhvə görə mebeldə keyfiyyət problemləri var. Təbii ki, problemi yerindəcə həll etdik… və sonradan hemin adam bizim ən bahalı müştərimizə çevrildi və keyfiyyətsizlik (düşmənçilik) aradan qaldırıldı.

Nəticə: İstənilən şikayət şirkət üçün öz imicinin güclənməsi üçün bir şansdır. Bu şanslar çox nadir hallarda olur və çalışmaq lazımdır ki, belə şanslardan istifadə edə biləsən.

Misal 3. Bu misalım Putinin şikayətə qarşı davranış tərzindən olacaq. Aşağıda olan videodan bir gənc Rusiya prezidentinə (formal prezidentinə) qarşı mənfi reaksiya verir… və onun reaksiyası bir nümünədir. Video baxın.

 

Nəticə: Əgər kimsə Sizə narazılıq edərək diqqəti özünə çəkmək istəyirsə, bunun cavabı son dərəcə sakit olmalıdır. İstənilən cavab provakatorun istəyinə uyğun ola bilər. Misal Putin hərəkətləri…

Yazdıqlarımla Sizə qısaca demək istədiklərim aşağıdakılardır:

  • Kimsə Sizə nəyisə şikayət edirsə, deməli Sizin üçün bu bir şansdır istifadə edin!!!
  • Hər bir yeni şikayət ciddi reorqanizasının başlanğıcı ola bilər, yenilik olmayan yerlərdə inkişaf söhbət gedə bilməz
  • Şikayətçilərlə kontakta girərək Siz öz imicinizi dahada gücləndirə bilərsiniz, bundan istifadə etmək lazımdır. Təbii ki, bu zaman real şikayətçi ilə, şoumen arasındakı fərqidə bilmək vacibdir.

Bir sözlə şikayətçilərdən qorxmayın…

Françayzinq alınmasında olan səhvlər

Aktiv satışlar – şirkətlərin xilasıdır

şərhlər

şərhlər

1 Comment

  1. Eks – alternativlik inkshafin gosteticisidir.Bize eks fikir Her ne qeder xosh olmasada qebul etmeliuik ki heqiqet birdir ve mubahisede yaranir.
    Size eks fikir bikdiren adamlarin heqiqeten de elinden sixin chunki o sizin inkshafiniz uchun tam bir sparing yaradir.
    Maraqli meqaledir.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close