Monthly Archives Oktyabr 2012

Biznesin gələcəyi internetdə, internetin gələcəyi isə mobillikdədir!

Dünyada internetin inkişaf templərinə fikir verdiyimiz zaman biz görürük ki, artımın 70% məhz mobil internetin hesabına həyata keçir. Bügün Azərbaycandada biz bu tendensiyanı qisməndə olsa hiss edirik. Təbii ki, mobil internetin inkişafını saxlayan birinci faktor mobil operatorlarımızın apardığı “dəhşətli” qiymət siyasətidir. Azərbaycanda mobil rabitə qiymətləri çox bahadır və operatorlar “yuxarıda” görüşərək əslində vahid qiymət siyasəti aparırlar.

Azercell bügün Azərbaycanda ən güclü brendlərin içərisində məncə birinci yerdədir. Əlbətdə bu dəyər, şirkətin apardığı sistemli marketinq strateqiyası ilə paralel bir çox qeyri-marketinq amillərinində üzərində qurulmuşdur. Dünən və bügün Marketing AİR-in qonağı Səbri bəy bu haqda detallı informasiya verdi (buradan ona təşəkkürlərimi bildirirəm) və mən Sizə səmimi deyim, bu şirkət (brend) həqiqətəndə Azərbaycana bir çox yeniliklər gətirdiyinə mənim zərrə qədərdə şübhəm yoxdur. Mən bu yazıda Azercell brendinin inkişafı barədə fikirlərimi Sizlərlə bölüşəcəm.

VƏ YA MARKETOLOQ ADINI BATIRMAYIN!!!

Mən gün ərzində müxtəlif tipli adamlarla görüşdə oluram və məni doğma peşə sahiblərinin gəliz danışması çox məhüs edir. Kaş ki problem tək gəliz danışmaqda olardı… bilirsiz dostlar:

Dostlar istənilən prosesin inkişafı üçün narazı olan adamlar lazımdır və ya başqa cürə desək kritika olmayan yerdə – inkişafdan söhbət gedə bilməz! Lakin burada çox xırda, amma xırda olduğu qədərdə vacib bir məsələdə var: “Əgər Siz kritikanı “qalxanla” qarşılasanız, problemlər ciddi xarakter alacaq”. Dediklərimi bir neçə misalla izah etməyə çalışım.

Bu yaxında oxuduğum sonuncu bir yazı məni heççç təəcübləndirmədi (lakin valeh etdi). Dünyada ən dinamik inkişaf edən informasiya ötürücüsü barədə Sizinlə söhbət etmişdik və dedik ki, QR kod gələcək kommunikasiyaların əsasını təşkil edəcək. Vodofone metroda kitabxana kimi QR koddan istifadəsi bunun bariz nümunəsdir.

Sizində bildiyiniz kimi rəqabət mübarizəsində qalib gəlmək üçün aşağıdakı üsullar olur:

  • Sizin məhsul (xidmət) rəqiblərdən daha yaxşıdır. Müştəriyə lazım olan şey yalnız Sizdədir. Bunu praktikada nail olmaq çox çətin olur, çünki hər bir adam Trump və ya Apple kimi şirkət qura bilməz.
  • Sizin təklif etdiyiniz mal rəqibləriniz müqayisədə daha ucuzdur. Təbii ki, bunun üçün gərək Sizin müştəri üçün xüsusi bir qabiliyyətiniz (dəyər zənciriniz) olsun, yoxsa necə ola bilər?!
  • Siz müştərinizə daha yaxınsınız. Burada söhbət məhz Sizin xüsusi xidmət prosesinin təşkil edilməsindən gedir. 

Məhşur bir əhvalat yadıma düşür… Bir dəfə bir goca kişi çayın qırağında balıq tutur. Bu zaman yol ayrıcında bir maşın dayanır, maşından hərəkətlərindən belə imkanlı olduğu hiss edilən bir nəfər düşür. Balıqçı kişidən pulu ilə balıq almaq istəyir və təbii ki, kişi yox demədən tutduğu yeganə balığı satır…

Close