image_pdfimage_print

VƏ YA MARKETOLOQ ADINI BATIRMAYIN!!!

Mən gün ərzində müxtəlif tipli adamlarla görüşdə oluram və məni doğma peşə sahiblərinin gəliz danışması çox məhüs edir. Kaş ki problem tək gəliz danışmaqda olardı… bilirsiz dostlar:

  • Marketoloq gəliz danışan adam deyil, marketoloq gəliz fikirləri sadə sözlərlə izah edə bilməlidir;
  • Marketoloq uzun-uzadı reklam terminlərindən istifadə edən deyil, marketoloq şirkətə pul qazandırandır;
  • Marketoloq hər yerdə ancaq reklam, kommunikasiya nə bilim PR haqqında fikir yürüdən deyil, marketoloq şirkətin bütün strukturlarını müştəriyə ilə eyni dildə danışdırandır;
  • Marketoloq Qurban Bayramı üçün açıqca düzəldən deyil, marketoloq müştəri məmnuniyyətini riyazi üsullarla şirkətə faydasını izah edənlərdir;
  • Marketoloq YouTube-da reklamları görüb xəyal quran, bizdə bunu niyə edən yoxdur deyən deyil, marketoloq sektora, şirkətə, müştəriyə yenilik gətirəndir;
  • Marketoloq araşdırma zamanı psixoloji faktorların əhəmiyyətindən danışdığı halda bu araşdırmanı niyə keçirdiyini bilməyən  deyil, marketoloq adi müşahidə ilə gördüklərini biznes ideyaya çevirəndir;
  • Marketoloq görüşlərdə (söhbət korporativ görüşlərdən gedir) başdan sona gədər susub, axırda “media kannibalizasiya yaradan strateqiyalar” (bundan qəliz yaza bilmədim… nə olduğunu məndə bilmirəm) haqqında danışan deyil, dostlar bir-az sadə olun… marketoloq sadəlikdir;
  • Marketoloq “salam”an sonra facebook-un faydasından danışan deyil, marketoloq alternativ kommunikasiya vasitələri hazırlayandır;
  • Marketoloq incəsənətçi deyil, marketoloq incəsənət elminin kommersiya tərəflərini ortaya qoyandır;
  • Marketoloq dizayner deyil, dostlar imkan verin dizaynerlər öz işlərini görsün… axı bizim başqa daha vacib işlərimiz var. Bəlkə biz Briflərimizi düzgün yazaq?!
  • Marketoloq ingilis dili müəllimi deyil, əzizlərim xahiş edirəm öz ingilis dili biliklərinizi göstərməyin, heç kim (ağıllı heç kim) Sizə dil biliyinə görə pul verməyəcək! O dövran artıq keçdi (xoşbəxtlikdən) Siz artıq bilirsiz bizə niyə pul verirlər… sadəcə pul qazandırdığımız üçün!

Məncə düşünməyə dəyər…

Reklam şirkətləri ilə dost olmamağın yolları

Marketoloq olmamağın yolları

şərhlər

şərhlər

1 Comment

  1. Cox xoshuma gelir bele yazilar!!! rahat oxunagli ve anlashilan, Sag olun Ilkin muellim

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close