image_pdfimage_print

Azərbaycanda brendlərin tarixcəsi cavan olduğundan mən xarici brendlərin təcrbəsindən bir neçə maraqlı faktlar barədə dəyərli oxucularımıza məlumat vermək istəyirəm. Hesab edirəm ki, bilməyənlər üçün maraqlı olacaq, bilənlərdə “təkrar biliyin atasıdır…” prinsipini əsas tutsun.

Hamınızın yaxşı tanıdığı Rols Roys avtomobil brendi uğrunda bir vaxtlar iki alman şirkəti mübarizə edirmiş: VW və BMW. Brend sahibləri öz bizneslərini satmaq qərarına gəlirlər və fabriklərini satışa çıxarırlar. Hərraclar başlayır və Rols Roysu almaq üçün 2 alman nəhəngindən başqa daha iki şirkət Ford və GM işə qoşulur. Hərraclarda şirkətin dəyəri 600 mln. dollardan 1 mlr. dollara kimi çıxanda heç kimin gözləmədiyi bir hadisə baş verir. BMW alışdan imtina edir… (tezliklə niyəsini Sizə deyəcəm). Rols Roysu 1 mlrd. dollara VW alır. Cəmi bir aydan sonra Rols Roysu brendini BMW alır. Bu alış Rols Roys adından yalnız BMW qrupun istifadə edəcəyini təyin edir… VW 1 mlr. yalnız fabriklərin qiyməti olur! BMW isə cəmi $60 mln. sahib olur və bügün BMW qrupun ən rentabelli (satış rentabelliyi) hissəsindən biridir.  

Rols Roysu brendi isə dunyada məhşur olduğunu və dəyərinin böyük olduğunu məncə hər birimiz bilirik…

 

Beləliklə Folksvaqen elə xalq maşını olaraq qalır və premium seqmentdə heç bir brendə sahib ola bilmir, əvəzində isə bavariyalı biznesmenlər Rols Roys brendi ilə premium seqmentdə dahada möhkəmlənirlər. Təbii ki, VW huquqşunasları çoxsaylı məhkəmə prosesinə başladılar, təbii ki “aləm bir-birinə vurdular”. Lakin hər şey prosedura uyğun edi, Rols Roys fabrikini satdıqda yalnız binanı və avadanlığı satmışdı və BMW heç bir şeyi istəmədən sadəcə brendi aldı… emosiya satan brend oldu!

Əziz oxucu bu misal keçmişdə olsada bügün ki, biznes strateqiyanın əsasını təşkil edir. Biznesin idarəedilməsi, biznesdə uğur qazanmaq üçün maddi dəyərlərdən çox, qeyri-maddilər öndədir. Sizcə Google adsız dəyəri nədir, Sizcə mail.ru qiyməti nədir?

Brend ən vacib resursdur, məncə bizim sahibkarlar artıq bunu bilirlər…

Brendinq haqqında yazılar

Reklam haqqında yazılar

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close