image_pdfimage_print

Bugün Marketing AİR təlimlərində iştirakçılara söz verilmişdi… bir sözlə dərsdə 7 müstəqil brend yaratma nümünəsi ilə tanış olduq. Dostlar açıq deyim, bir çox şirkətlər arzu edərdiki onların işçiləri bu qədər işə həvəsli olsun, Marketing AİR tələbələri məni təəcübləndirməkdə davam edir. Həqiqətəndə çox maraqlə brendlər təklif edilirdi. Dərs zamanı bir çox mövzulara toxunsaqda bir istiqamət haqqında Sizinlə söhbət etmək istəyirəm.

Sendviç metodu – bu metod istənilən menecer üçün çox vacib və xeyrli alətdir. Metoda görə əgər Siz hansısa bir informasiyanı çatdırmaq istəyirsinizsə bunun ən politik və “ünvana təslim” etmə yolu aşağıdakı kimidir.

Məsələn düşünün ki, Siz hansısa bir məsələ ilə bağlı tənqidi fikir demək istəyirsiniz. Bunun üçün Siz tənqidi fikri əvvəldə və axırda olan yumşaq sözlərlə gizlətməlisiniz. Belə etsəniz Sizin fikirləriniz konstruktiv təklif kimi qəbul ediləcək və daha müsbət qarşılacaq. Korporativ idarəetmədə radikal tənqid üçün yer yoxdur. Menecerin verdiyi təkliflər mütləq konstruktiv olmalıdır.

Mən misalı özümdən verim ki, hər şey daha aydın olsun, mənim bloqumu oxuyan hamı bilir ki, mən Azərbaycan dilində pis yazıram. Bu fikri mənə izah etmək üçün iki üsul var (əslində deməsənizdə bilirəm!!!):

1-ci üsul. “Sizin bloqunuzda çoxlu hərf səhvləri var belə bloq yazmaq olmaz!”

2-ci üsul. Biz Sizin bloqunuzu oxuyuruq, hərdən maraqlı yazılarınız olur, bu çox yaxşıdır. Lakin Sizə deyim, bloqunuzda çoxlu qrammatik səhvlər var, belə bloq yazmaq Sizin üçün mənfi haldır. Biz inanırıq ki, gələcəkdə daha maraqlı bloq görəcəyik!!!

İkinci metodu məhz sendviç metodunun nümunəsidir. Beləliklə əgər Siz istəyirsiniz ki, Sizin təklifləri konstruktiv qəbul etsinlər, mütləq yazı tərzinizdə, ünsiyyətdə sendviç metodundan istifadə edin!

P.S. Məndə tezliklə hərf səhvlərini azaldacam! Hələlik isə, axı bu bloqu yad adam oxumur – özümüzükdə. Əsas odur ki, fikirlərimi Sizlərə çatdıra bilirəm.

Uğurlu təqdimat etmək yolları – marketoloq oxusun!!!

Pozitiv düşüncə… – maraqlıdır

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close