image_pdfimage_print

Marketoloqlar muasir biznes peşələri içərisində ən riskli peşədir desək, səhv etmiş olmarıq. Sizcə bunun səbəbi nədir?

  • Marketoloq yeniliklərlə işləyir və təbii ki, buna görə daha çox risklər edir;
  • Marketinq fəaliyyətində ən böyük risk, risk etməməkdir;
  • Marketinq mütləq nəticə verməlidir, bu isə real iş tələb edir;
  • Marketinq şirkətdə gedən səhv proseslərə “YOX” deməlidir… bax bizim bügün ki yazımız məhz bu YOX-un üzərində qurulmuşdur.

Uğurlu Marktinq mütləq “YOX” deyə bilməlidir, çünki marketinqin ən böyük səhvlərindən biridə hər şeyə “HƏ” deməkdir. Fikrimi izah etməyə çalışım.

Marketoloq iş prosesində aşağıdakı məsələlərə vaxtında və sərt şəkildə “YOX” deməlidir:

  1. Müştəriyə YOX deməyi bacar. Bəli-bəli mənim yazdığımda hərf səhvi yoxdur. Marketoloq ilk öncə istehlakçıya güclü brend qurması üçün YOX deyə bilməlidir. Bunun üçün marketinqdə ilk səhfə seqmentasiyadan və düzgün tarqetindin seçilməsindən başlayır. Məsələn Mersedes öz çeşid siyasəti ilə çox saylı orta gəlirli müştərilərə YOX deyir və ya İKEA öz xidmət sistemi ilə çox saylı müştərilərə YOX deyir. Brend qurban verə bilmə qabiliyyətidir. Hamı üçün brend qurmaq – uğursuz brendinqin başlanğıcıdır. Buna görə marketinq öz hədəf qrupundan kənar ehtiyyacların ödənilməsinə YOX deyə bilməlidir!
  2. Yeni layihəyə YOX deməyi bacar. Biznesdə ən qorxulu tendensiyalardan biridə plansız böyümədir, buna yaradan birinci amil isə yeni layihələrdir. Yeni layihələr brend strateqiyaya xələl gətirirsə buna mütləq YOX deyilməlidir, bu sadə lakin doğru düzgün marketoloq hərəkətidir. Marketinq şirkətin yalnız xarici mühitini deyil, həmçinin daxili mühitini bilməlidir və şirkətin gücü çatmayacaq layihələrə vaxtında YOX deməyi bacarmalıdır! Hətta əgər layihənin təşəbbüskarı şirkət sahibidirsədə mütləq təhlükəli layihələrə YOX deyilməlidir.
  3. Qısa satış artımına YOX deməyi bacar. Biznesin məqsədi çox satmaq deyil, satış sadəcə taktiki elementdir – əsas məqsəd uzunmüddət mənfəət əldə etməkdir. Marketoloq qısamüddətli satış kampaniyalarına vaxtında YOX deməlidir, çünki vacib olan brenddir, çünki xəstənin mualicəsi heç vaxt ağrıkəsici ilə ola bilməz. Qısamüddətli kampaniyalar isə məhz, ağrıkəsici funksiyasını daşıyır. Əlbətdə bəzən ağrıkəsici vurulması, xəstə komaya girə bilər… amma vaxtında sözü burada uc nöqtədir.

Əziz oxucu, bu YOX-rı dediyiniz zaman Siz 2 vacib şərti nəzərə almalısınız:

  • Birincisi – Siz bilməlisiniz nəyə YOX deyirsiniz. Yəni Sizin dedikləriniz konkret araşdırmalara, müşahidələrə, biliklərinizə, hədəf kütlənin ehtiyyaclarına uyğun olmalıdır.
  • İkincisi – Sizin CV daim əlinizdə olmalıdır. Bu zarafat deyil, yaxşı marketoloqun CV-si əlində olmalıdır, çünki qorxan adamdan marketoloq olmaz!

Sonda bir vacib məsələyə toxunum, marketoloqun dilindən “məncə”, “bəlkə”, “ola bilər” kimi sözlər eşidilməli deyil. Bu sözləri deyən adam heç vaxt YOX-u keçirə bilməz.

Yaxşı və qorxmaz marketoloqlara hörmətlə!

Yenilik – marketinqlə sinonimdir

Marketinq Departamenti və Nəzəri Marketinq

şərhlər

şərhlər

2 Comments

  1. Məqaləni maraqla oxudum və bu baxımdan Sizi təbrik edirəm. Ən azından bir çox marketoloqları YOX deyə bilmələri üçün cəsarətləndirdiyinz üçün təşəkkür edirəm.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close