image_pdfimage_print

Çox zamanlar dostlarla söhbətlərimiz zamanı “şərikli”, müştərək işlərin problemli olması barədə müzakirələr edirik. “Ay nə bilim şərikli iş görmək çətindir, şərik adamı aldadır, şərik yaxşı olsaydı… və s.”. Azərbaycanda belə bir steriotip var kı, şərikli biznes qurmaq təhlükəlidir. Kimlər belə düşünür?

Mənim müşahidələrimə görə yuxarıda tərif etdiyim tərzdə düşünən adamları 4 böyük qrupa bölmək olar:

  1. Ömründə bir dəfədə olsun şəxsi biznes qurmayan, ürəyində bunu arzulayan, lakin dilində daim pisləyən adamlar. Bu tip adamlara görə şərikli müştərək biznes qurmaqdanda öz şəxsi biznesini qurmaq daha yaxşıdır. (kim deyir ki pisdir?!). Bunlar daim yeni biznes ideyanın axtarışındadırlar.
  2. Sovet təhsili görmüş və “planlı” iqtisadiyyat dövründə işləmiş, biznes sözünü yalançılıq, adam aldatmaq kimi məfhumlarda “sinonim” etmiş adamlar. Bu tip adamlar təbii ki, muasir şərtlərdə heç cürə biznes qura bilməzlər (dəyişmədiklərinə qədər) və cəmiyyətin inkişafını əngəlləyən ən qorxulu kütlədir, biznesmen olmaq istəməyənlər;
  3. Biznes fəaliyyətində şərikləri tərəfindən aldadılan və qarşılıqlı ümidləri doğrülmadıqlarına görə bu tip biznesdən ayrılmış adamlar. Təbii ki, bu tip adamlar “şərikləri” tərəfindən aldadıldıqlarına görə bir daha biznesə girmək istəməmələri təbiidir.
  4. İşləməkdən çox danışmağı üstün tutanlar, icra ilə işləri olmayanlar. Bir sözlə biz bu tip adamları müəllim sindromuna tutulmuş adamlar adlandırırdıq. Biznedə icra çox vacibdir (bu haqda biz başqa yazıda danışarıq).

Mən hər 4 kütləyə biznes həyatlarında uğurlar arzulayaraq mövzumuzun əsas hissəsini keçmək istəyirəm. Tezisim çox sadədir: “MÜŞTƏRƏK BİZNES SƏRFƏLİDİR!” Bu kiçik və orta biznes üçün sərfəli olmaqla yanaşı, iri biznes üçündə kross-satışları  kimi bir aləti nümunə göstərə bilərik. Mən niyə belə düşünürəm?

Birincisi uğurlu biznes qurmaq üçün mütləq biznesmen “qızıl üçlük” adlandırdığımız kriteriyalar mövcüd olmalıdır. Həyatda ideal heç nə olmadığı kimi, ideal (universal) insan olmur. Bu baxımdan əgər Siz hansısa sahədə güclüsünüzsə… deməli mütləq Sizin hansısa sahədə çatışmazlığınız var. Bu çatışmamazlıq Sizə biznes qurmaq üçün əngəl ola bilər. İşin uğurlu aparılması üçün Sizin gücünüzə güc qatacaq şərikiniz olmalıdır.

İkincisi bəzən Siz hansısa işi görürsünüz və bu işin dahada uğurlu olması üçün əlavə resursa ehtiyyac duyursunuz. Bu zaman düzgün seçilmiş şərik Sizin biznesinizin dahada çiçəklənməsi üçün ideal ola bilər. Vacib deyil, Siz hansısa işin 100% sahibisiniz… vacib olan Sizin apardığınız biznesdən əldə etdiyiniz mənfəətdir. Bəzən xırda mağazada tək sahib olmaqdansa böyük supermarketdə pay sahibi olmaq daha karlı olur və uzunmüddətli biznes imkanları yaradır.

Üçüncüsu Siz hansısa uğurlu bir layihənin aparılması üçün sırf fiziki cəhətdən imkanınız yoxdursa şəriklik ideal varianta çevrilir. Məsələn biz Marketinq AİR təlimlərini edərək Azərbaycanda marketinq havasını dəyişmək istəyirdik… bu fikir eyni vaxtda həm Rafiqdə, həm Anarda, həmdə məndə var edi. Biz bunu ayrılıqda etsəydik heç vaxt bu qədər uğurlu layihə edə bilməzdik. Bizim əməkdaşlığımız bizə sinerji qatdı.

Dördüncüsü Siz risk etməkdən qorxursunuz. Mən təcrübəmdə 10larla son dərəcə uğurlu ola biləcək start up layihələrin məhz riskdən qorxuya görə həyata keçirilmədiyini görmüşəm. Təbii ki, riskin təhlükəsi itirilən miqdarın həcmi ilə düz mütanasibdir. Şərik Sizi daha asand, qorxmadan risk etməyə imkan yaradır – bu yeni yaranan, əsasənda ilk biznes həyatına girənlər çoooox vacibdir!

Bəs bütün şərikliklər uğurlu bitirmi? Əlbətdə yox! Hesab edirəm ki, aşağıda təsvir edəcəyim hallarda şərikliklər təhlükəlidir:

  • Siz şərikə yalnız investor kimi baxırsınız və ya Sizin şərik yalnız maliyyə imkanlarına görə Sizə lazımdır. Belə hallar ən təhlükəli şəriklik növləridir. Çünki investor Sizi çox gec başa düşür və Sizin çalışdığınız sahəni bilmədiyi üçün yeganə düşüncəsi qodyduğu pulu qısamüddətli dövrdə geriyə qaytarmaq istəyi olur. Belə şərikliklərə heç vaxt getməməyi tövsiyyə edirəm.
  • Şərikinizlə Sizin aranızda səviyyə fərqi var. Bu fərq özünü yalnız maliyyə imkanlarında deyil, digər məsələlərdədə göstərir. Hər nə qədərdə şətiklər bir-birlərini tamamlasada, mütləq düzgün tərəfdaşlıq üçün “ümumi mövzular” olmalıdır. Şəriklər bir-birilə ilə rahat ünsiyyət qura bilməlidir.
  • Şərikiniz yeni açılacaq biznes barədə heç bir məlumata, bilgiyə, informasiyaya sahib deyil. Bəli-bəli çox zaman şərik olduğu biznesin əsas məntiqini tuta bilməyən çoxlu adamlar görmüşəm… dostlar belə şərikliklər uzun sürmür (sürməz!).

Əziz oxucu biznesdə uğurlu tərəfdaşın birləşməsi sinerji effekti yaradır və adi “riyaziyyət” qanunları belə bunu izah edə bilmir. Uğurlu şəriklərdə 1+1 = ən azı 3 olur!

Hamınıza bol qazanclı işlər və düzgün biznes tərəfdaşlar arzu edirəm!

P.S. Dostlar mən iş təcrübəmdə sinerji effektindən daim istifadə edirəm və növbəti yazılarda Sizə marketinq kommunikasiyalarında, brend idarəetmədə, təhcizatçılarla işdə və s. danışacam.

Mehriban düşmən

Mağazaçılığın 3 vacib şərti

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close