image_pdfimage_print

Nəyahət ki, çalışdığımız işlərdən biri həyata keçdi… biz Marketinq AİR nəzdindən Azərbaycanda ilk dəfə olaraq ixtisaslaşmış və tamamiylə ödənişsiz Marketinq kitabxanası yaratdıq! Artıq bizim gənclər heç bir maneyəsiz marketinq kitablarını oxuya bilərlər. Necə?

Marketinq AİR Gənclər üçün marketinq kitabxanasının maliyyələşdirilməsinə öz öhdəsinə götürmüşdür. Biz bununla Marketinq AİR praktik marketinq seminarlarının əsas missiyası olan gənclərə marketinqi daha çox aşılamaq üçün növbəti addımımızı atdıq.

İdeya çox sadə yarandı biz Marketinq AİR təlimlərinə start verdiyimiz zaman bilərəkdən özümüz üçün respublikada ən aktiv gənclər təşkilatı ilə əməkdaşlıq etmək istəyirdik, bu təşkilat İB Club edi. Təlimlərə start verdikdən sonra Azərbaycan gənclərinin marketinqə olan marağını gördük ( görüb çox sevindik…) və qərara gəldik ki, biz mütləq keyfiyyətli kitabları Azərbaycana gətirməliyik. Dostlarımızla (AnarRafiq) bu istiqamətdə çox düşünmədən büdcə formalaşdırdıq və İB Clubun köməyi kitabları təşkil etdik.

İB Clubun kitabxanasında Marketinq bölməsi yaradıldı və biz buranı tam kitablarla təmin etdik. Bu çox sevindiricidir, bilirsiz niyə?!

  1. Bügün gənclər Marketinq kitablarının qıtlığını yaşayır. Biz kitabxanadakı rubrika ilə bu problemi qisməndə olsa həll etdik.
  2. Bügünə qədər heç bir yerdə muasir marketinq kitabları yox edi. Biz ilk dəfə olaraq bunu etdik… ilkləri etmək çox gözəldir…
  3. Mən sevinirəm ki, Marketinq AİR-in İlklərindənəm, çünki biz Azərbaycanda marketinq havasını dəyişirik!
  4. Tezliklə Azərbaycanda daha güclü marketoloqlar olacaq və Marketinq AİR burada tövhəsi danılmazdır… kitablar bugün (və hərgün!) uğurun açarıdır!
  5. Azərbaycanlı gənclər daha çox oxuyacaq!!!

Mən əminəm ki, Marketinq AİR kitabxanası daim öz kitabları ilə gündəmdə olacaq.

Əməyi keçən hər kəsə minnətdaram!

Azərbaycanı sevirəm – oxumağa dəyər…

Mən nə oxuyuram?!

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close