image_pdfimage_print

Son vaxtlar bəzi bank reklamları demək olar ki, anekdotların üzərində qurulmuşdur. Bir vaxtlar hamımızın beynində olan bəzi steriotiplər var idi,  məsələn: bank – ciddilikdir, bank – qalstuklu və ümumiyyətlə gülə bilməyən adamlardır və s. Bəs bügün necədir?!

Əslində mövzu haqqında baş verən proseslər barədə söhbət açmamışdan əvvəl demək istəyirəm ki, marketinq kommunikasiyaları kateqoriyanın qurbanı ola bilməz və ümumi olaraq marketinq məhz steriotiplərin qırılması üçündür… Mən düşünürəm ki, əgər reklam tonu brendin imicini əsk etdirirsə burada heç bir qeyri-adi bir şey yoxdur.

Azərbaycanda bank sektorunda yumoristik auranı Unibank-da biz görmüşük. Mənim fikrimcə bahoo konsepsiyası bütün marketinq alətləri ilə dəstəkləndiyi üçün uğurlu oldu və bankın ümumi mövqeylənməsinə uyğun edi. Həmçinin bank Azərbaycanda bir ilk etdiyi üçün mən bu konsepsiyanı uğurlu hesab edirəm. Ümumi olaraq məncə Azərbaycan üçün pis deyil…

Buna baxmayaraq Unibank reklamlarında konsepsiyanın uyğulanmasından zəiflik hiss edilir, məsələn eyni mövqeylənmə bankın filiallarında olan ab-havada hiss edilmir. Bir növ kütləvi kommunikasiyada bank özünü daha əyləncəli, şən göstərsədə sırf filiallar səviyyəsində kommunikasiya bir növ itir.

Görünür ki, türklərdən öyrənəcək çox şey var… bu arada dostlar Türkiyyədə bu günlərdə bank sektoru tam gülməli reklamların üzərində qurulmuşdur. Başlayaq iş bankasından,

Burda olan “Servet bəy” xarakterinə İş Bankası 5 mln. dollar pul verib (yalançı Marketing Türkiyyə jurnalı olsun!!!) Təbii ki, Unibank reklamı ilə müqayisə etmək “yumşaq” desək doğru deyil…

Eyni zamanda Türkiyyə Ekonomi Bankasının reklamlarıda bir növ sektorun kommunikasiya tərzini göstərir

digərlərini özünüz baxarsız, konsepsiya maraqlı görünür.

Bunun ardınca Finans Bankasıda rəqiblərdən geriyə qalmaq istəmirdi və internetdən başı çıxmayan bir nəfər obrazı yaratdı

gülməlidir hə?!. Bu arada Garanti Bank ümumiyyətlə heyvanları reklamda oynatmağa başladı…

Bunlar Bremen musiqiçilərinin kopyasını edirdi və Dəniz Bankasının reklamı mənim yadıma düşdü…

Bir-az yungül versiyasını bizim digər qonşumuzun lideri Sberbank edirdi.

Bütün bu reklamlara baxdıqda sonra mənim deyəcim bir neçə fikir var:

  1. İstənilən marketinq kommunikasiyasının hazırlanmasında mövcud olan kateqoriya normalarına və steriotipləri deyil, məhz müştəri ehtiyyaclarını, seqmentin danışdığı “dilə” fikir vermək lazımdır. Unutmaq olmaz ki, reklam brendin mövqeylənməsini əks etdirən bir vasitədir və burada səhv bağışlanmazdır!
  2. Marketinq sinerji effektini ən çox hiss etdirən sahələrdəndir. Bu baxımdan kommunikasiyalarda bötüvlük olmalıdır. Əgər Siz kommunikasiya stilində yumor tərzini seçmisiniz, Sizin bütün elementlər bu istiqaməti dəstəkləməlidir. (2+2 = 5!!!)
  3. Çox məhşur bir adamın reklamda oynatmağın ən böyük problemi, həmin ulduzun brendin önünə keçməsidir… belə hallarda Sizin pulunuz sözü gedən ulduzun reklamına gedir. Bir növ müştəri reklamda bank mesajından çox iştirakçıya baxır. Türk reklamlarının əsas zəif tərəfi məhz budur…
  4. Reklam – vasitədir. Buna görədə gözəlliyə görə reklam çəkmək olmaz… reklam kommersiya elementidir.
  5. Reklamlarda pozitiv tonun olması brendin obrazını müştəri gözündən gücləndirir. Bügün heç kimə neqativ bir şey lazım deyil…

Sevilən reklamlar

Femina reklamları…

şərhlər

şərhlər

1 Comment

  1. […] Şəkidən olan bir nəfər özəl bank qurur!!! Bəli-bəli düz oxudunuz, özəl bank. Bu bank Vahid Bank, Alex Bank… kimi batmır və bugün ölkənin ən yaşlı bankı kimi – DəmirBank […]

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close