image_pdfimage_print

Sizcə nə olsa marketinq, brend idarəetmə “başsız atlı” kimi hara gedəcəyini bilmədən hərəkət edər? Biz bu yazıda bu sadə sual barədə fikirlərimizi bölüşəcəyik.

Bügün Marketing AİR seminarında dostumuz Cəbrayil müəllim gonağımız edi. Təlim mövzumuz marketinq araşdırmaları oldu və biz praktikada araşdırma etmə metodları barədə söhbət edib, bildiklərimizi paylaşmağa çalışdıq. Dostlar, mən səmimi deyim bügün Marketing AİR yaradıcılarından biri kimi bir daha fəxr etdim!!! Neysə… bu yazıda biz praktik marketinq təlimlərinin uğurlarından deyil, marketing araşdırma metodlarından və araşdırmanın marketinqə faydasından danışacağıq.

Dostlar marketinqi incəsənətdən fərqləndirən birinci və ən lazımlı amil araşdırmadır. Araşdırma marketoloqa bir çox imkanlar yaradır, məsələn:

  • araşdırma vasitəsi ilə marketoloq reklamların düzgün həyata keçirilməsi üçün media-planlamanın və ümumi olaraq mesajın düzgünlüyünü təşkil edirdi;
  • araşdırma vasitəsi ilə biz “yaxşı” reklam deyil, “effektiv” reklamlar hazırlayırıq;
  • araşdırma vasitəsi məhsul yaradılmasına istiqamət verə bilərik, çünki araşdırma olmadan ArGe strukturu hansı məhsulun, necə hazırlanacağını bilə bilməz;
  • araşdırma funksiyası ilə biz satış kanallarını təmin edə bilərik, bizim müştəri hardan almaq istəyini araşdırma ilə təyin edilir;
  • araşdırma vasitəsi ilə hansı məhsulun, hansı qiymətə satılması vacib olduğunu təyin edirik;
  • araşdırma vasitəsi biz xarici müştəri ilə daxili müştərilərimizin məmnunluğunu təyin edirik;
  • araşdırma vasitəsi biz… bir sözlə biz marketoloq, brend menecer ola bilirik!!!

Lakin yuxarıda hamı tərəfindən qəbul edilən məsələlərə baxmayaraq… bügün hələdə Azərbaycan şirkətləri araşdırmalardan az istifadə edirlər. Bəzən milyonlarca investitsiyalar qoyulan layihələr… araşdırma büdcəsi olmur. Digər bir misal isə 10 minlərlə böyük pul verilmiş araşdırmalar ümumiyyətlə istifadəsiz qalır.

Azərbaycanda araşdırmanın “dəbdə” olmamasının bir səbəbidə bizim hamımızın  içində bir qeyri-səmimilik xəstəliyinin olmasıdır. Bəzən biz özümüz üçün deyil, ətrafdakılar üçün davranırıq, buda araşdırma zamanı nəticələrin səhv çıxması ilə xarakterizə edilir. İnsanların cavablarında qeyri-səmimilik hiss edilir.

Əlbətdə ölkəmizdə araşdırmanın zəif olmasının ikinci bir səbəbi isə bizim araşdırmacılarda “yola vermə” xasiyyətidir. Bir çox araşdırma şirkətlərində ümumiyyətlə həyacan hiss edilmir, işə maraq yoxdur!

Buna baxmayaraq araşdırmasız marketinq – başsız atlıya bənzəyir. Əgər marketoloq öz addımlarını konkret araşdırma rəqəmlərinə əsasən etməyəcəksə, onun apardığı brend getdiyi yoldan asılı olmayaraq səhv etmiş olacaq.

Mən Marketinqi başsız atlı kimi görmək istəmirəm!

Yeni məhsul necə yaradılır?

Qiymətqoyma siyasətinin növləri

şərhlər

şərhlər

2 Comments

  1. Salam Ilkin muellim,
    ilk once Size ve dunen marketinq arashdirmalari movzusunda bilikleri ile bizimle paylashan Cabrayil muellime tewekkur edirem. Cox maraqli movzu idi, fikirlerinizi bilmek daha the maraqli idi. Movzu ile bagli bir sualim yarandi. Marketinq arashdirmasinin ehemiyyeti ve boyuk sirketlerde bunun nece heyata kecirilmesi aydindi, bes gelecekde guclu bir brend olmaq meqsedlile yenice bazara daxil olan mehsul ve ya xidmet ucun ilkin ve daha effektiv arasdirma aletleri hansilar olmalidir? yeni burda anket sorgulari ve ya fokus qruplarin effektivliyi ne qeder ola biler? ve bu arashdirmani shirket ozu nece ede biler (imkanlarini nezere alsaq)? tewekkur :)

  2. bu arada, dunen telim vaxti nese yazdiginiza diqqet etdim, acigi ne yazdiginiz maraqli geldi :) buun Yeni yazinizi oxuyanda bildim ki bu meqale idi :)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close