image_pdfimage_print

Marketinq AİR növbəti təlimində biz brend arxitekturalar haqqında olan biliklərimizi bölüşəcəyik (marketinq havası dəyişir?!). Brendinqdən danışdıqda praktik səviyyədə ilk ağla gələn məsələlərdən biridə şirkətlərdə brend arxitekturanın düzgün qurulmasıdır. Brend arxitektura dediyimiz zaman biz şirkətin istehsal etdiyi məhsulları müştərilərə hansı brend adla çatdırdığını başa düşürük. Azərbaycan şirkətlərində bügün bu istiqamət böyük praktiki əhəmiyyət daşıyır. Daha konkret desək:

  • Vita1000 & More+. Sizcə yeni brend yaratmaq düzgündürmü? Sizcə Vita1000 Premium daha əlverişli olmazdımı?
  • ƏlaCİN, CİNeration, DogmaCİN, QoşaCİN nə bilim nə… CİNdənsə bəlkə sadəcə Bakcell deyək?! (Azercell artıq belə edir… burdan oxuya bilərsiniz)
  • Embawood & Madeyra & Ideal Dizayn yerinə bəlkə tək Embawood olsun?!
  • Qaradağ SPESİAL, Qaradağ OPTİMA, Qaradağ EKSPERT? Niyə vahid adla yox?!
  • Romantic – Sabra by Romantic?! və s. belə misallar elə Azərbaycan şirkətlərinin təcrübəsində 10-larla var.

Yuxarıda sadaladığım sualların cavabı məhz şirkətlərdə brend arxitektura strateqiyasının aparılma prinsipindən asılıdır və maraqlısı budur ki, burda vahid bir standart yoxdur və hər bir gərar vəziyyətdən asılı olaraq doğru və (və ya) yalnış ola bilər. Burada əsas məsələ yeni yaradılan brendin konseptinin düzgün hazırlanmasıdır. İnanıram ki, mən Marketinq AİR-in dəyərli dinləyicilərinə bu çətin mövzü barədə kifayət qədər məlumat verə biləcəm.

Dostlar hazırlaşın!!!

3-cü SEMİNAR MÖVZUMUZ

4-cü seminar mövzumuz

şərhlər

şərhlər

2 Comments

  1. Müəllim, bəs o dəyərli seminarlarda iştirak edə bilməyənlər necə öyrənsin? :/ Mənə də çox maraqlıdır bu mövzu..

  2. Marketinq AIR mart ayinin birinden bir daha kecirilir… ishtirak ede bilersiniz, Seadet xanim!

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close