image_pdfimage_print

Mən bu yaxında demişdim ki, (səhv etmirəmsə Twitterdə) tezliklə Azərbaycanda ən azı 10 dənə biznes haqqında yazılan və sırf praktikadan götürülmüş bloq olacaq… dostlar bu çox yaxşı xəbərdir.

Bügün Azərbaycanda oxuma problemi var, yaxın dostumuzun sözü olmasın “Azərbaycanda heç kim, heç kimin “kitabını” oxumur”. Bu yaxında bir görüşdən sonra “axı niyə bizim millət az oxuyur” suallı üzərində söhbət edirdik. Dostlar Sizcə niyə biz az oxuyuruq?!

Bilirsiz, mən məsələlərə daimi konstruktiv yanaşmanın tərəfdarıyam. Məncə bizim az oxumamızın birinci səbəblərindən biridə oxumağa ədəbiyyatın olmamasıdır. Bügün ədəbiyyatla paralel mətbuatdada problemlərimiz var.

Məsələn bügünə kimi Azərbaycanda praktik marketinqə aid bir dənədə olsun Azərbaycan dilində kitab dərc edilməmişdir!

Məsələn bügün Azərbaycan dilində olan biznes bloqlar barmaqla sayılır!

Məsələn bügün Ali təhsil ocaqlarında İqtisasiyyat keçən tələbələr nəyi hardan oxuyacağını bilmir… və ən dəhşətlisi bizim mütəxxəsislər salamdan sonra ingiliscə danışmaq istəyir… (üz versən danışar!).

Məsələn bügün hələdə kimsə düşünür ki, onun övladı işə tapşırıqla girəcək (inanın ki, hərdən övladın özüdə belə danışır).

Həftədə ən azı 3 nəfərdən bloqu oxuduğu haqqında və nedənsə bloqdan xoşu gəldiyi haqqında e-mail alıram… kim deyirdi biz oxuyan millət deyilik?! Deməli biz oxuyarıq, təki oxumağa nesə olsun. Buna görədə mən sevinirəm ki, bizdə artıq biznes bloq yazmaq istəyənlərin sayı çoxalır. Məgər bizdə oxumağa nesə var ki kimsə oxusun?!

Əziz oxucular, əziz biznes (marketinq, brendinq) təcrübəsi olan dostlar Siz mütləq bloq açmalısınız (kitab yazsanız 5+) , Siz mütləq yazmalısınız, çünki gələcək nəsillərin maarifləndirilməsi məhz doğma dilimizdə oxunulası məlumatların sayından asılıdır. Savadlı, bilikli gənclik isə daha aydın gələcək yaradacaq. Amma bunun üçün biz daha çox məlumat verməliyik, daha çox öz üzərimizdə çalışmalıyıq, daha yaxşı işləməliyik, insanlara qarşı daha yaxşı davranmalıyıq… bir sözlə daha yaxşı olmalıyıq. Mən bu yazı ilə bütün oxucularım qarşısında deyirəm: “Kimə öz şəxsi bloqunun açılması üçün nə kömək lazımdır, xahiş edirəm müraciyyət etsin!” Mənə hər həftə bloq açmaq istəyən dostlarımız yazır, belə yazılar çox olmalıdır. Gələcəyi biz gətirməliyik. Jurnalist dostumuzun Özübəyin diliylə desək:

“Xoşbəxt gələcək, özü gəlməyəcək!”

Niyə bloq oxunaqlıdır?!

100-cü yazının – YAZISI

şərhlər

şərhlər

2 Comments

  1. İnformasiya ve tecrübelerin insanlara çatdırılması baxımından dedikleriniz doğrudur, amma İlkin müellim men düşünmürem ki her genc sahibkar bir blok ya da sayt yaratmalıdır. Mence bu iş daha çox artıq biznesinde peşekarlaşmış sahibkarlar, meslehetçiler, nezeri melumatların çatdırılması baxımından Alimler,professorlar,dosentler terefinden gorulmelidir. Balaca bir obyekt işleden alverçi dostların blok yaratması bize çox da semere vermez.

  2. Salam Ilkin muellim sexsen men sizin blog kimi 1000 dene blog olsa oxuyaram.Men ozum ADIU bitirmisem bir defe Dunya Iqtisadiyyati muellimi dediki niye oxumursuz?mende dedimki ne oxuyaq?dedi menim kitablar ne qeder istesen var al oxu.Ve sonda ozude tesdiq etdiki oz kitablarinda bele yazilan yazilar ya evveller olub indi lazim deyil hec kese yada xeyallar uzerinde yaziblar ne vaxtsa belkem lazim olar yada hec lazim olmaz.BU gun ise mence insanlar real olan seylerden yazi isteyirler

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close