image_pdfimage_print

Moksvada olduğum zaman bir stendə girib nümayiş etdirilən mebellərə baxırdım. Stend Avropanın ən tanınmış mebel istehsalçılarından biri olan şirkətin edi. Stenddə olan bir adam son dərəcə sevincli halda: “Siz Azərbaycandansız!” səsləndi…

Əlbətdə mən görünüş olaraq Azərbaycanlıya oxşayıram (Allaha min şükür), lakin qarşısımda ki, adamın belə əminliklə səslənməsi məni çox təəcübləndirdi… söhbət etdikdən sonra məlum oldu ki, stenddəki xanım italiyada anadan olsada Azərbaycanlı bir oğlanla ailə həyatı qurmuşdur. Mebel sektorunda işlədiyindən Embawood fəaliyyətini yaxından izləyir və mənim yaxamda şirkətin nişanını görüb mənim Azərbaycanlı, “embawoodlu” olduğumu başa düşmüşdür… İtalyan xanım Azərbaycanı çox sevirdi!

Bilirsiz Azərbaycanı dünyada tanıdan şirkətdə işləmək nə superdir?! Əminəm ki, bilirsiz – hamınıza qismət olsun!!! Lakin mən bügün əsas deyəcəm məsələ başqadır biz milli brendlərimizi dəstək verməyin lazım olduğunu aktuallaşdırmaq istəyirik.

Bu günlərdə Azərbaycanda son dərəcə oxunaqlı olacaq – bloq yaranıb. GoCreativ şirkətin direktoru İslam Rzayevin bloqu! Oxumağa dəyər, praktik və intelektual. Bu bloqda bizim şirkət haqqında bir yazı getmişdi (burada oxuya bilərsiniz).

Mən İslamın yazdığı fikirlərinə görə çox sağ ol deyirəm. Sevindirici haldır ki, Azərbaycanda intelektual adamlar bizim şirkətin fəaliyyətini bəyənir. Bundan qabaq bizim haqqımızda Rüstəmdə yazmışdı…

Əlbətdə biz istəyirik Azərbaycan şirkətləri elə bir səviyyədə brendinq siyasəti aparsın ki, necə ki Almaniyada “Made in Germany” brendi var bizdədə bu olsun… Bunun üçün isə yalnız şirkət səviyyəsində görüləsi işlər azdır, bunun üçün Azərbaycan brendlərinə – Azərbaycan istehlakçısı dəstək verməlidir, bunun Azərbaycan KİV-ə dəstək verməlidir, dövlətimiz dəstək verməlidir, xaricdə olan vətandaşlarımz dəstək verməlidir… bir sözlə özümüz-özümüzə dəstək verməsək – bu iş elə fərdi şirkətlər səviyyəsində olacaq… Milli brendlər yaratmaq lazımdır! Bunun üşünsə isə Azərbaycan cəmiyyəti buna təkan verməlidir. Biznesi düzgün yola rəqabət onsuzda çəkəcək.

Xaricilərdən öyrənəcək helə çox şeyimiz var, hə dostlar?!

HR brendinq və Azərbaycan şirkətləri – maraqlıdır

Azərbaycanda ilk dəfə… – məlumatlı olaq

şərhlər

şərhlər

2 Comments

  1. Cox sag olun ki, yazini oxuyursuz. Men Emba-an ayrilsamda bu shirketle daim bagliyam. Hem shirketde dilerliyim. Size semimi deyim, Embawood mebellerin keyfiyyeti hecde pis deyil, hetta yaxshidir. Menim meselen evimde butun mebeller (metbex mebelinden bashga) Embawood istehsalidir. Keyfiyyeti bir cox xarici brendden geri galmir. Eger mebel alishina boyuk pul xerclemek istemirikse Embawood ela secimdir. Tam semimi. Amma elbetde keyfiyyet sonsuz bir prosesdir ve her bir brendin esas temel dashidir. Ugurlar!

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close