image_pdfimage_print

Əslində yeni biznes layihələrə başladığımız zaman mütləq qaydada 3 vacib kriteriyaya baxmaq haqqında keçmiş yazıda ətraflı yazmışdıq. Bu dəfə mən öz təcrübəmdə həyata keçirilən böyük investitsiyalı layihələrdə hansı kriteriyalara diqqət yetirmək vacib olduğu barədə söhbət açacam.

Toxunulan məsələ barədə Sizlərlə ətraflı söhbət açmamışdan əvvəl deyim ki, adətən milyonluq layihələr artıq hansısa sahədə bizneslə məşğul olan adamlarda ola bilər. Yəni ilkin kapital olaraq bir milyon pul qoyan adam həgin ki, yoxdur… və biz bu yazıda belə nadir “tapıntılar” barədə söhbət açmırıq.

Böyük layihələrin uğurlu həyata keçirilməsi üçün layihə meneceri mütləq qaydada 3 vacib amili fikir verməlidir.

  1. Nəyi yaxşı edirik?! Əgər biznes mövcuddursa deməli bunun obyektiv səbəbləri var. Ətrafınızda olan şirkətlərə baxın və görəcəksiniz ki, bütün şirkətlər hansısa biznes prosesin icrasını digərləri ilə müqayisədə daha yaxşı edir. Uğurlu şirkətlər öz yaxşı edə bildiklərini dəqiq başa düşur və üstünlüyün tətbigini genişləndirirlər. Zəiflər isə daim axtarışda olub, öz güclü tərəflərini təyin edə bilmirlər. Vacib deyil, fərd və ya şirkət bütün biznes subyektlərinin üstün olduğu cəhətlər mövcuddur. Menecer icrahata keçməzdən əvvəl başa düşməlidir: “Yeni layihədə onun üstün cəhətləri köməklik edəcəkmi?!”. Əgər şirkətin üstün cəhətləri yeni layihədə heç bir verməyəcəksə… məncə başlamağa deyməz!
  2. Hansı imkanlar bazarda var? Praktikada çox böyük layihələr bu suala səhv cavab verildiyindən və ya ümumiyyətlə cavablandırılmadığından uğursuzluqla nəticələnib. Sizin hansısa fəaliyyəti çox peşəkarcasına edə bilərsiniz… lakin əgər bazarda yeni layihələyə uyğun imkanlar yoxdursa nəticə istədiyiniz kimi olmayacaq. Bu nöqtəye nəzərdən bazarda olan imkanları görmək yeni layihələrin işlənilməsində ən vacib şərtlərdən biridir.
  3. Makro-trendlər. Böyük layihələrin işlənilməsində istehlakçı davranışlarında olan makro-trendlərin öyrənilməsi mütləqdir. Dünyada alış-veriş mərkəzlərinin tikilməsində istehlakçı trendlərində olan dəyişiklik müsbət əhəmiyyəy kəsb edir. Makro-trendlərin öyrənilməsi ilə sahibkar gələcəkdə baş verə biləcək mənfi və ya müsbət tendensiyanı əvvəlcədən proqnozlaşdıra bilər. Bəzən çox əhəmiyyətli trendlər yan sektorlardan götürmək olur. Məsələn İKEA brendinin inkişafı məhz H.Fordun avtomobil istehsalının kütləvi edilməsindən sonra dahada inkişaf etmişdir. İKEA hiss edir ki, şəhərləşmə prosesi güclənir və öz satış məntəqələrini daha ucuz icarə haqları olan şəhər kənarında inşa edir və s.

Milyonluq layihələrin hazırlanması məntiq etibarı ilə layihə idarəedilməsi məntiqinə tam oxşardır (eynidir) lakin buna baxmayaraq əgər yuxarıda göstərilən 3 faktor (üstünlük, fürsətlər və makro trendlər) öyrənilmirsə… uğurlu iş qurmaq təsadüfdən asılı ola bilər.

Düşünməyə dəyər…

“Rəqibsiz” brendlər

Emosiya satan brendlər

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close