image_pdfimage_print

Dostlar təxminən 3 gündür Embawood qlobal forumunda iştirak edirəm və telefon zənglərinə vaxtında cavab verə bilmirəm. Buna baxmayaraq istəyirəm Sizi maraqlı bir statistika verim. Mən bu son 3 gündə facebook, linkedin, twitter və e-mailə gələn məlumatların demək olar ki, hamısını cavablandırmışam. Daha bir məsələ, SMS-ri çox operativ cavablandırıram. Lakin telefon zənglərində bu belə deyil… hərdən işimin çox olduğundan, hərdən ümumiyyətlə “həvəsin” olmamasından telefon zənglərinə marağım gündən-günə azalır. Son günlərdə 9 dənə fərqli nömrədən gələn zəngə cavab verə bilməmişəm… Yadıma düşür bir dəfə (Berlində marketinq forumunda) HP yeni tendensiyalar üzrə meneceri ilə söhbət etdikdə çox maraqlı bir tendensiya haqqında məlumat verdi: “Vaxt gələcək insanlar öz fikirlərini səsli danışıqlarla deyil, məhz sosial şəbəkələrlə çatdıracaqlar!”

Mən bilmirəm Azərbaycanımızda bu tendensiya nə vaxt olacaq lakin bir şeyi bilirəm ki, necə ki kiminsə evinə xəbərdarlıqsız gətmək olmaz, eləcədə bir vaxt gələcək kiməsə icazəsiz zəng etmək “düzgün” hesab edilməyəcək. İnternet bizim həyatımızda, İnternet bizim cibimizdə olacaq!

Bu arada iki gündür bir jurnalist gündə 3 dəfə mənə zəng edib marketinq (və mebel sektoru) haqqında informasiya istəyir… məndə hər dəfə (hər telefonu götürəndə) deyirəm ki, hörmətli jurnalist xanım xahiş edirəm dediklərinizi mənə e-maillə göndərin oxuyub cavab verəcəm… Siz inanırsız hər gün zəng edir, lakin hələdə e-mail göndərməyib!!! Belələridə var eee… və belə çıxır ki, hələdə aramızda elementar texnoloji imkanlardan istifadə etməyənlər var. Allah köməkləri olsun…

Mobil texnoloqiyalar həyatımızı mobilləşdirməkdə davam edir, Sizcə bu yaxşıdır?!

Biznes mobilləşir bəs Siz?!

Sosial şəbəkələr – marketinqin güclü silahı

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close