image_pdfimage_print

Bügünlərdə ölkənin aparıcı pərakəndəçi brendlərindən olan Romantic facebook səhfəsində çox şad bir xəbərlə rastlaşdım. Brend özünün Gürcustanda ilk mağazasını açdı!

Mən çox sevinirəm ki, bununla növbəti Azərbaycanlı brend xarici bazarda özünün mağazasını açdı və yerli brend bir addım daha güclü oldu. Dostlar bu bizim uğurumuzdur, bilirsiz niyə?

  • Ona görə ki, xarici bazara çıxan hər bir Azərbaycan brendi bizim ölkənin imicinə müsbət təsir edir. Ölkənin Bayrağını siyasətçilər və idmançılar qaldırsada biznes bunu qalxdığı zirvədə saxlayır (saxlamalıdır);
  • Ona görə ki, xarici bazarda olan Azərbaycan brendi qlobal brend olmaq yolundan ciddi bir addım deməkdir. Biz marketoloqların isə… arzusu budur, elə deyil dostlar?!
  • Ona görə ki, xarici bazara çıxan Azərbaycan brendi gündən-günə öz yenilənmə, inkişaf templərini artıracaq. Mən Sizə öz təcrübəmdən deyim, o brendlər ki, xarici bazarlarda çalışırlar biznesə daha professional yanaşırlar (bu təbiidir!)
  • Ona görə ki, Romantic brendinin menecmenti Azərbaycanlıdır (burdanda salam deyirəm!) və bu məndə gürur hissi yaradır!
  • Ona görə ki… və s.

Dostlar əslində Gürcustanda biznes qurmağın vacibliyi barədə biz keçmiş yazılarda bir neçə defə toxunmuşduq. Həmçinin biz demişdik ki, Azərbaycan şirkətləri xarici bazarların potensialından az istifadə edir. Mən səmimi olaraq inanıram ki, tezliklə bir çox Azərbaycan brendi nəyin ki, Gürcustanda bir çox xarici ölkədə öz fəaliyyətini aparacaq, bu suuuperdir!

Hesab edirəm ki, Romantic inkişaf üçün aşağıdakı addımları atmalıdır:

  1. Brend identifikasiyalar düzgün hazırlanmalı və brendin emosional mövqeylənməsi olmalıdır.
  2. Tezliklə reqionlarda mağaza saylarının çıxaldılması üzərində işləməlidir və bunun ən sadə yolu əlbətdə ki, françayzinqdir.
  3. Brend özünə məxsus məhsul siyasəti ilə bazarda digər şəbəkələrlə arasında ciddi fərq yarada bilər (öz xeyrinə fərq). Bunun üçün şəbəkə daxilində öz yaratdığı dizaynlı məhsulların satışı artmalıdır.
  4. Biznes proseslər işlənilməli və şirkət daha korporativ səviyyədə olmalıdır!
  5. Mağazalarda kredit satışların təşkil edilməsi və müştərilərlə loyallıq proqramları hazırlanmalıdır.

Mən əminəm ki, Romantic menecmenti bunu bilir və biz tezliklə dahada güclü Romantic brendi görəcəyik!

Görəsən digər pərakəndəçilər yuxudan oyanmır?!

Azərbaycan şirkətlərinin inkişaf coğrafiyası

Azərbaycanı sevirəm

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close