image_pdfimage_print

Bu günlərdə Siegel + Gale 2012-ci ilin sadə brendlərinin siyahısını dərc etmişdir. Bu siyahıya görə dünyadakı qlobal brendlərin müştərilər tərəfindən qəbul edilmə səviyyəsi öyrənilir. Daha dəqiq desək brendlərin mesajı müştəriyə nə qədər aydındır. Mən bu indeksi ( Brand Simplicity Index) brendin əsas inkişaf göstəricilərindən biri olduğunu hesab edirəm… Bilirsiz niyə?

Birincisi muasir dövrdə insanlar böyük informasiya axını ilə üz-üzədir. Hər birimiz gün ərzində çox saylı bir-biriilə əlaqəsi olmayan məlumatlar eşidirik və hərdən tam çaşıb qalırıq: görəsən bu mənə nə deyirdi? Bu baxımdan brendlərin (həmçinin insanların!) mesajı maksimum sadə olmalıdır!

İkincisi sadəlik brendin mövqeylənməsinin əsasını təşkil edir, təsadüfi deyil ki, belə bir termin var: “əgər sən öz brendini 4 sözlə ifadə edə bilmirsənsə, deməli ya brend pisdir, ya sən pis brend menecersən! (bütün hallarda brend menecer pisdir)”. Mövqeylənmə – sadəlikdir!

Üçüncüsu yalnız sadə brendlər muasir dövrdə rəqabətqabiliyyətli ola bilir, çünki sadəlik – istifadə rahatlığının sinonimidir. Təsadüfi deyil Philips özünün qlobal strateqiyasının məhz istifadə rahatlığı, sadəliyin üzərində qurmuşdur.

Buradan 2012-ci ilin ən sadə brendlərinin siyahısına baxa bilərsiniz. Təbii ki, Sizində gördüyünüz kimi ilk beşliyi, Google, McDonalds, İkea, C&A, Apple tutur. Başlayaq elə ən sonuncu Apple-ən!

Apple texnoloji sektordan dünyanın ən sadə 5 brendinin siyahısına düşməsi son dərəcə təcübləndiricidir və brendin gücündən xəbər verir. Düşünün ki, texnoloqiya sektorundan belə aydın və düzgün mövqeyləndirmə, həqiqətəndə Apple dünyaya brend dərsi keçməyə davam edir… (bizdə öyrənməyə davam edirik!)

C&A brendi son vaxtlar marketinq kommunikasiyasını və ana mövqeylənməsini tam dəyişmişdir. Əgər əvvəllər bu brendi ucuz və dəbsiz paltar satan şəbəkə kimi qəbul edilirdisə, indi C&A öz Clockhouse konsepti ilə demək olar ki, gənclər üçün brend kimi özünü mövqeyləndirir. Azərbaycanda brend təmsil edilmədiyi üçün mən uzün-uzadı danışmaq istəmirəm, lakin Sizə səmimi deyim son 3 ildə C&A qlobal bazarda son dərəcə aydın marketinq kommunikasiya siyasəti aparır! Sağ li bizim pərakəndəçilərin başına…

İKEA dedikdə mənim ağlıma doğurdanda rahatlıq gəlir! İKEA-ın ilk sloqanı bilirsiz necə olub?! “Fermerlər üçün münasib qiymətli mebel!”. Bügün isə İKEA dizayn ev mühitində funksionallıq gətirməsindən danışır və qlobal səviyyədə. Bir fakt deyim, İKEA kataloqları dünyadan ən çox tirajla çap edilən birinci kağız nəşrdir. İldə 2 dəfə brend çalışdığı bütün bazarlarda kataloq dağıtımını həyata keçirir. İKEA salonlarında isə müştərinin hər bir addımı tamamiylə hesablanmışdır, mən hələ Sizə biznes-proseslərdən danışmıram!

McDonalds – dünyanın istənilən ölkəsində standart keyfiyyətlə öz sadə menyusunu saxlayır. Brendin əsas rəqibi dünyanın ən çox franşayzinq verən şirkəti olan SubWay siyahıda 11-ci yerdə olması təsadüfi deyil. McDonalds kimi sadə brend strateqiya quran brend mencə olsa-olsa elə bizim növbəti danışacağımız brend ola bilər…

əlbətdəki, Google. İlk səhfəyə gəldikdə tək və yeganə funksiya təklif edən brend dünyanın ən böyük rentabelliyi olan biznesin yaradıcısıdır. Düşünün!!! bügün dünyanın müxtəlif dillərində googlamaq, googlit kimi sözlər feyl kimi istifadı edilir. Brendinqin ən üst səviyyəsi…

Təbii ki, Azərbaycan brendləri bu siyahıda yoxdur, “yumşaq desək” yoxdur! Mən ümumi olaraq deyim ki, mənim fikrimcə son ildə Azərbaycan brendləri içərisində ən sadə brend kommunikasiya quranlar aşağıdakılardır:

  1. Bizim Tarla. Həqiqətəndə brend strateqiya və brendin mövqeylənmə tam sadə və müştəri üçün aydın şəkildə aparılır.
  2. Yeni Həyat. Brendin dəyəri düzgün və sadə formada çatdırılır.
  3. Üçüncü yerə namizəd çoxdur… boş saxlayıram… amma bir namizəd ciddi gəlir!!!

Ən garışıq brendlər isə aşağıdakılardır mənim fikrimcə:

  1. Bakcell və Nar. Həqiqətəndə aydın deyil, brendin mövqeylənməsi və kommunikasiyası səhvdir deyərdim… amma demirəm!!! (Son vaxtlar Bakcell-ə müsbət dəyişiklik hiss edilir)
  2. Jalə. Bu brend məncə böyük büdcələrdən əziyyət çəkir…
  3. İnanın namizəd çoxdur… yazdıqca yazacam!!!

Düşünməyə dəyər?!

 “Rəqibsiz” brendlər

Konseptsiz brendlər

şərhlər

şərhlər

1 Comment

  1. … [Trackback]…

    […] Read More here: ilkinmanafov.com/2012/11/sadə-brendlər/ […]…

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close