image_pdfimage_print

Son vaxtlar məndən ən çox soruçulan suallardan biri: “Sən bu boooyda işi necə çatdırırsan?!” suallıdır. Mən ilk əvvəl hansı işləri hal-hazırda gördüyüm barədə deyim, sonra keçim bu işləri necə çatdırmağıma:

  1. Mən post-sovet ölkələrinin ən böyük mebel şirkətinin Marketinq Xidmətinin direktoruyam. Azərbaycan və digər 10-a qədər ölkədə şirkətin brendinq və marketinq işlərini qlobal səviyyədə görməyə çalışıram (ezamiyyələr çox vaxt alır);
  2. Şəxsi bizneslə məşğulum. (Amma mən hər zaman daxilən marketoloqam!!!);
  3. Azərbaycanda ilk dəfə keçirilən və birdən birə 80-an çox marketinqi dahada dərin öyrənmək istəyənləri bir araya yığan praktik marketinq təlimində dərs deyirəm (Marketinq AİR);
  4. Yaxın və dost bildiyim şirkətlərə konsultatsiya verirəm;
  5. Azərbaycanda ən çox məqaləsi olan şəxsi biznes bloqun müəllifiyəm (Siz bunu oxuyursunuzsa bilirsən söhbət hansı bloqdan gedir)));
  6. Ölkənin aparıcı biznes jurnallarında Marketinqlə bağlı rubrika aparıram (oxuyursunuz?!)
  7. Azərbaycanda marketinqlə bağlı praktik kitab yazıram (kömək edən dostlarımıza burdan bir daha çox sağ ol deməliyəm…);
  8. Yeni biznes layihə üzərində işləyirəm (məncə son dərəcə innovativ olacaq)
  9. AİR-çilərlə çox maraqlı bir layihə üzərində çalışıram (bu haqda Sizə birinci məlumat verəcəm)
  10. Və ən əsası mən hesab edirəm ki, mənim boş vaxtım çox olur və çoxlu ölkələrdə oluram!

Birdə mən Sizə səmimi deyim, inanmıram ki, hansısa bir dostum – İlkinlə görüşə bilmədiyindən şikayət etsin.

Dostlar mən bu işləri necə çatdırıram?! (Hə birdə yadımdan çıxmamış deyim bügünə qədər tarixi-nadiri yarıya qədər oxusamda bir dənədə olsun vaxtın idarəedilməsinə dair treninqdə olmamışam…

Yuxarıda sadaladığım işləri çox sadə və hamınızın edə biləcəyi 3 prinsip üzərində Sizlərə izah etmək istəyirəm:

Prinsip 1. Yalnız sevdiyim və uğuruna inandığım işləri edirəm. Bu çox vacibdir. Yuxarıda sadaladığım heç bir işi mən İŞ hesab etmirəm. Onlar mənə doğurdanda həzz verir. Mənim çalışdığım şirkət ölkənin ən ədalətli və professional işə götürənidir, mənim şəxsi biznesim mənə işin təşkili cəhətdən həzz verir, mən Marketinq AİR-ə dincəlirəm… bir sözlə gördüyüm bütün işləri mən ürəkdən edirəm. Məhz buna görə mən bu işləri az vaxt sərfiyyatı ilə bitirə bilirəm!

Məsləhət 1. Xoşunuz gəlməyən və uğuruna inanmadığınız işi etməyin. Bununla Siz həm özünüzə, həmdə işini gördüyünüz adama (şirkətə, şəxsə və s.) pislik etmiş olursuz.

Prinsip 2. İşlərimi bölüşdürürəm. 21-ci əsrdə vaxt ən dəyərli resursdur – vaxtınıza yazığınız gəlsin. Şəxsi biznesiniz var?! Çox gözəl mütləq işin başına adam qoyun, ona etibar edin və sadəcə hesabatlara fikir verin. Yeni layihə başlayırsınız?! Əsas uğur göstəricilərində özünüzü fokus edin… xırdaçılığa girməyin. Şirkətdə iş çoxdur?! Əla… işləri düzgün bölüşdürün, yuxarıdan baxmağı öyrənin və s. Yadıma gəlir bir dəfə alman konsultant çox yaxşı bir fikir söhlədi: “Bəzən biz xırda şeylərə diqqət edərək, böyük hədəfləri yaddan çıxarırıq”. Əziz oxucu əlbətdə həqiqət xırdalıqlarda gizlənir… lakin hər bir işin, hər bir layihənin uğur göstəriciləri var – Sizlər onlara aksent edin, onlarda xırdaçılığa gedin və s.

Məsləhət 2. İnsanlara etibar edin, həyatda yaxşı insanlar yalnız, onları yaxşı görənlərin yanında olur. İşinizi bölüşdürün, şərikli işlər görün. Pozitiv yanaşın!

Prinsip 3. Özümü təkmilləşdirirəm. Mütləq və mütləq öz üzərinizdə işləməlisiniz. Hər gün yeni bir şey, yeni vərdiş, yeni informasiya əldə etmək hamımızın borcudur. İnsan tənbəlliyə çox tez vərdiş edir və buna görə özünüzün təkmilləşməsi planınız olmalıdır. Paralel olaraq yaxın 5 illik planların olması çox vacibdir. Hara gedəcəyinizi bir dəfə düşünün və birdə bu gərar haqqında müzakirələr etməyin. Daha çox hərəkət etmək lazımdır.

Məsləhət 3. Mütləq ətrafınıza fikir verin. Sizləri faydasız şeylərə sövq edən adamlardan uzaqlaşmaq lazımdır. Bütün addımlar qoyduğunuz hədəflərə çatmaq üçün yönəlmilidir. Daha çox oxuyun, imkan daxilində xarici ölkələrdə olun!

P.S. Bu arada məni təbrik edin: Yeni rekord vurmuşam, Moskvada olduğum 3 günə 4 dənə kitab bitirmişəm!!!

Sendviç metodu nədir?!

Biznesmenlər haqqında

şərhlər

şərhlər

13 Comments

  1. Yaxsi insan her seye layig olur.

  2. Vay bəə.. Afərin. Maşallah. Uğurlar sizə.. :)

  3. tebrik edirem) bu boooyda ishi catdirmag dogrudan asan deyil ).

  4. Gözəl və praktik yazıya görə təşəkkürlər, İlkin. Həvəslə birnəfəsə oxudum.

  5. Tebrikler Ilkin m))) bu arada tez gelin bizde kitabimizi oxuyaq))).

  6. Şərikli işlər görün – bu cümləviz lap ürəyimə yatdı, çünki cəmiyyətimizdə elə bir fikir formalaşıb ki , şərikli biznes uöurlu olmaz. Çox sağ olun.

  7. Tesekkurler Ilkin mellim, maraqli yazi idi.

    P.S. Deyesen Moskvaya ele kitab oxumaga getmisiz ;)) , 3 gune 4 kitab hem de evden uzaqda fantastik gostericidir.

  8. Gozel meslehetlerdir doğurdan da. Xüsüsen de prinsip 2. Bu haqda bir defe oxumuşdum ki,Henri Ford da her gün texminen 5 km yolu piyada qet edibmiş mehz bu prinsiple.(Bu haqda yeqin ki eşitmisiniz) Bu arada İlkin bey, TEBRİKLER! :)

    • Diggetli oxudugunuz ucun cox sag olun. Yox, eshitmemisem. Sohbet neden gedir?

      • Henri Ford. Her seher yaşadığı evden işe piyada gedermiş. Her gün usanmadan etdiyi gezintini ise o bele izah edir:
        Seher evden çıxanea yolun uzunluğunu heç vaxt ağlıma getirmirem. Qabaqda texminen 300 m aralıda gül.mağazqsı vardı. Ora çatıb, yeni getirilmiş tebii gülleri qoxlamaq mene maraqlı idi. Gül mağazasına çatanda ise qarşıda olan qezet koşküne çatmağı hedefleyirdim. GORESEN bu gün hansı yenilikler var?
        Belelikle o uzun bir yolu gozunde boyutmeden bitirirdi. “hedefe çatmağın en qısa yolu onu parçalara ayırmaqdır!” sozunu ozune düstur eden H.Ford bir gün yene yolla gederken düşünür “yolu qet etdiyim kimi maşın istehsalını da asanlaşdıra bileremmi? _HEREKET EDEN KONVEYR ÜZERİNDE MAŞIN İSTEHSALI!”
        Motor KONVEYR uzerinde hereketdedir ve bir işçi onun bir hissesini bir başqası ise daha bir hissesini elave edir. Ve budur avtomobil süretle istehsal olunur. Amma heç bir işçi boyük avtomobil istehsal etdiyini düşünmür. İşçi bilir ki onun işi sadece şurub bağlamaqdır. Ve o buna emel.etmelidir.
        ( Amma açığı yolun ne qeder olduğunu bilmirem :) )

        • Super! Cox xoshuma geldi. Ne vaxt bloqunuzu acirsiz?! Acin insallah ilk gonaginiz (bloq gonagi) men olacaq!

          • Minnetdaram. Bele bir fikrim yoxdu hele ki. Bir gün ağlımda olsa men mütleq sizden meslehet almalıyam,yaxşı blok nece olur?
            sualına en yaxşı cavabı mence siz deye bilersiniz. )

  9. Time managment treninginde olmadan bu cürə işləri görmək maraqlıdır. Fikirlərinizlə razıyam. İnsan sevdiyi işi edəndə yorulmur və çox işləyə bilir. Dünən Univerdə müəllim bizə buna bənzər bir keys haqqında danışırdı. İndi yazınızı oxuyub tam doğru olduğunu qəbul etdim. Uğurlu olmaq üçün çox çalışmaq və sevdiyiniz işləri görmək yaxşıdır. Fikirlərinizi mütləq tətbig edəcəm

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close