image_pdfimage_print

Lap uşaq vaxtında şahmatla aktiv məşğul olduğum üçün xaricdə tez-tez olurdum. Maraqlı budur ki, eyni tendensiya məndə həm tələbəlik illərində, həmdə çalışdığım şirkətdə qaldı. Mən bu yazıda son 5 ildə gördüyüm ölkələr və bu ölkələrdə Azərbaycanlı biznesmenlərin edə biləcəkləri barədə söhbət açacam.

İlk öncə qeyd edim ki, marketoloqun dünya görünüşünün formalaşması üçün çoxlu ölkələr görməsi vacibdir. Bu həm dünyada gedən yeniliklər barədə məlumatlı olmasına, həmdə insanları başa düşməsi üçün şərtdir. Nə isə… bu haqda sonrakı yazılarda danışarıq, keçək gördüyüm ölkələr haqqında qısa məlumatlara.

Rusiya. Əslində 70 il Sovet ittifaqının tərkibində olmağımız bu ölkəni bizim üçün çox əlverişli biznes həyata keçirilməsi üçün yer edir. Mən Rusiyada çalışdığım dövrdən və bu ölkədə çox tez-tez olduğumu nəzərə alaraq qeyd etmək istəyirəm ki, burada ciddi biznes qura bilməyən soydaşlarımızın işi geriyə gedir. Bunun əsas səbəbi ölkədə gündən-günə artan rəqabət mühiti, rusların bizə qarşı olan neqativ münasibəti və bizim millət olaraq bu ölkədə qeyri-müsbət tanınmamızdır.Buna baxmayaraq Rusiya ciddi investitsiya qoyan və biznes düşüncəsi olan hər bir Azərbaycanlı biznesmen üçün son dərəcə cazibədar bazardır. Azərbaycan şirkətlərinin qloballaşması üçün mütləq Rusiyadan istifadə etmək lazımdır. Sadəcə bir söz deyim, Rusiya deyildiyi zaman Moskva və digər şəhərlər arasında olan köklü fərqləri nəzərə almaq mütləqdir.

Ukrayna. Bu ölkədə istər biznes mühiti, istərsədə insanların biznesə olan düşüncəsi bizim müqayisədə çox geri qalır. Mən əminliklə deyə bilərəm ki, Azərbaycanda işini düzgün quran şirkətlərimiz Ukraynada ciddi üstünlüklər əldə edə bilərlər. Ölkənin yeganə problemi alıcılıq qabiliyyətinin aşağı olmasıdır. Bu özünü Kievdən qıraq şəhərlərdə daha qabarıq göstərir. Buna baxmayaraq məncə ukraynlar, ruslarla müqayisədə bizə qarşı daha səmimidirlər…

Belarusiya. Burada işləmək çox çətindir. İnsanlar elə bil hələdə planlı iqtisadi sistemlə yaşayırlar… həyat son dərəcə stabil, rüşvət son dərəcə çox, biznes imkanları demək olar ki yox!!! Millət olaraq son dərəcə mehriban (müqayisədə) olsalarda fərasətləri bizim millətlə müqayisədə demək olar ki, yoxdur. Məncə bu ölkədə yaxın gələcəkdə Azərbaycan biznesi görməyəcəyik. Təbii ki, söhbət orada olan (yaşayan) həmvətənlilərimizin işlərindən getmir…

Kazakstan. Azərbaycanlı sahibkar üçün ideal bazarlardan biri desəm, məncə heç yanılmaram. Ölkədə pul kütləsi, rəqabət mühitinin daha yumşaq olması, gömrük şərtləri və yerli millətin daha çox “dincəlmək” istəməsi, bizim bizmesmenlər üçün bu ölkəni “ələdüşməz” edir. Məncə Azərbaycanda lider şirkətlərin hər biri bu ölkədə iş qurmalıdır. Digər bir üstünlük: ölkədə olan rəqabət mühitinin və gömrük (MDB-ə ölkələri ilə müqayisədə Türkiyyə üçün daha bahadır) buraya türklərin çox gəlməsini əngəlləyir.

Türkmənistan. Türkmənistan… nə danışsam azdır. Bu ölkədə cəmi bir dəfə olmuşam lakin gordüklərim məni tam “şoka” saldı… Ölkədə olan sistem tam sovet dövrlərini xatırladır. Hətta Belarusiyadan belə pis. Mən bəzi siyasi məsələlərə toxunmadan deyə bilərəm ki, bu ölkədə işləyən biznesmenlərə mənim yazığım gəlir!!! Mal alasan – pulunu ödəmək imkanın olmasın, mağaza işlədəsən – reklam vurmaq imkanın olmasın, restoran tikəsən – menyunu sənə diktə etsinlər… dostlar heç kimə belə biznes mühiti arzu etmirəm! Bu ölkəni hamınızın görməsini istəyirəm, əminən bundan sonra Azərbaycandakı Vergilər şöbəsinə hədiyyə aparasız, çox sağ ol hədiyyəsi! Bu arada əhali çox mehribandır… Mən buraya Avropadan gəldikdən 2 gün sonra uçdum və gördüklərim məni çox təəcübləndirdi (mənfi mənada).

Tacikistan. Ölkə bir növ “kölgədə” qalmış kimi görünsədə biznes imkanlar çox genişdir. Əsasəndə türklər burada demək olar ki, bazara hakimdir. Ölkədə istehsal imkanları demək olar ki, yoxdur və hesab edirəm ki, çox sahədə həyata keçiriləcək layihələr var (tapmaq olar).

Qırğızıstan. Bu ölkədə vətəndaş müharibəsi və ümumi siyasi vəziyyət biznes imkanlarına zərbə vursada üzərində düşünüləsi ölkələrin siyahısındadır. Bilmirəm niyə sadəcə ölkədə alkoqol içən adamların sayı hədsiz şəkildə çoxdur. Ümumiyyətlə keçmiş sovet ölkələri içərisində müsəlmançılıqdan ən çox uzaqlaşmış bir yer kimi mənim yadımda qaldı Bişkek…

Gürcustan. Bu ölkədə iş qurmayan Azərbaycanlı şirkəti bugünə qədər varsa, deməli bu şirkət inkişaf etmək istəmir… Yerli biznesmenlərin ən rahat inkişaf edəcəyi və növbəti bazarlar üçün bir tramplin olacağı ölkələrin başında gəlir – Gürcustan! Ölkədə olan biznes mühit, Azərbaycanla yaxınlıq (coğrafi və mentalitet olaraq), işçi və mütəxəssislərin sayı və s. bu ölkədə iş qurmağı asanlaşdırır.

Misir. Çox maraqlı ölkədir mənim üçün. Mən burada olduğum zaman Kair, İskəndəriyə, Luksorla yanaşı təbii ki Şarm-El-Şeyx və Xürqadada oldum. Çox maraqlıdır, ölkənin turizm üçün çox böyük potensialı olmasına baxmayaraq (ilin 12 ayı günəş, dünyada məhşur tarixi turist yerləri) Türkiyyədən iki dəfə daha az turist qəbul edir!!! Bizim yerimiz deyil… məncə.

Türkiyyə. Biz bu qardaş ölkəyə yalnız məhsul alıb burada satmaq üçün getməyimiz doğru deyil. Bizim bir millət iki dövlət olmağımızın avantajlarından istifadə etməyimiz vacibdir. Bizim türklərdən öyrənəcəklərimiz çoxdur amma, üstün cəhətlərimizdə var. Biz daha sistematik və fundamental düşünə bilirik, biz gələcəyi daha yaxşı görürük! Bunu istifadə edərək türkiyyədə Azərbaycanlı sahibkarlar ciddi bizneslər qura bilərlər.

Almaniya. Əslində turkiyyədə olan ən uğurlu bizneslərdən “alman iyi” gəlməsi təbiidir. Bir dövrlər türklər almanlardan çox şey öyrəniblər. Məncə bizdə dünyanın ən dəqiq millətindən öyrənəcəyimiz çox şey var. Ən azından orta və kiçik biznesi həqiqətəndə bu ölkədən öyrənməyə dəyər. Məni yaxından tanıyan dostlar bu ölkəyə tez-tez getdiyimi bilir… Almaniya mənim ən sevdiyim Avropa ölkəsidir. Sizə səmimi deyim, burada olan ideal biznes mühiti insanda sahibkarlıq həvəsini artırır… bir vaxtlar ço00xlu pulum olanda məndə burada biznes açacam! Hal-hazırda isə öz həyatını rahat yaşamaq istəyən sahibkarlar üçün bu ölkəni tövsiyyə edirəm.

İsveçrə. Almaniyanın daha təmiz forması olan bu ölkəyə mənim qanım heç qaynamır. Sürix, Bern, Jenevrə mənə çox soyuq gəldi, bu ölkədə gözəl olan yeganə yer mənim üçün Luzern oldu. Lakin təbiyyət və ümumi ətraf mühit həqiqətəndə valeh edicidir. Bu ölkə məncə biznes üçün deyil…

Avstriya. Ölkə son dərəcə sakit və bir növ dərin bir yuxada yatmışdır. Buna baxmayaraq türklər burada ticarət sektoruna nəzərət edirlər (kiçik ticarət). Ölkədə Azərbaycanlılarda az deyil…

Hollandiya. Dünyanın ilk transmilli şirkətinin olduğu bu ölkəyə hər bir addımında bazar iqtisadiyyatını necə qavradığını göstərir. Mənim Amsterdam çox xoşuma gəldi. Azərbaycanlılar digər Avropa ölkələrinə görə daha azdır. Hesab edirəm ki, bu ölkədədə konkret biznes istiqaməti görmək çətindir, bazar çox inkişaf edib.

İtaliya. Mən burada bir neçə defə olmuşam və bu ölkənin gözəlliyinə heyranam. Əsasənda Avropada ən çox sevdiyim 3 şəhərdən biri Milandır (Venetsiya və Roma yox). Azərbaycanlı marketoloqlar bu ölkədə mütləq olmalıdırlar, çünki modanın, dizaynın və ya qeyri-maddi dəyərlərin yarandığı bu ölkəni görməyə dəyər…

 Fransa. Məncə Fransa dediyimiz zaman hər addımında maraqlı və marketoloq üçün ideya dolu yerlər görmək olar. Paris haqqında burada ətraflı danışmışdım. Fransada digər şəhərlərdə çox gözəldir: Kann, Lion, Nitsa, San-Trope və s. bir sözlə bu ölkədə mütləq olmaq lazımdır. Məncə San Tropedəki istirahət sistemi hələ Türkiyyə üçün əlçatmazdır…

Polşa. Avropa çempionatı bu ölkədə keçirilməsi müəyyən qədər inkişafa təkan versədə məncə burada hələ Avropa ölkələrinə çatmasına çox var. Mən sonuncu dəfə Polşada futbol çempionatından əvvəl olmuşdum. Hesab edirəm ki, yerli sahibkarlar üçün burada kənd təsərrüfatı məhsullarımızın ixrac edilməsi potensialı var. Həmçinin yerli investorlar üçün əlverişli şəraitlər yaradılır Polşada. Məncə Polşa Avropanın ən ucuz ölkəsi olsada, tezliklə burada ciddi şəkildə inkişaf edəcək.

Çexiya. Əslində son vaxtlar məncə Azərbaycanlıların ən çox getdiyi Avropa ölkəsi desək yanılmarıq. İstər mualicəvi turizm, istərsədə sadəcə “gəzib-görmək” məntiqi bu ölkəni bizim maraqlı edir. Hesab edirəm ki, burada Azərbaycan mətbəxi istiqamətində gözəl restoranlar açmaq çox asanddır. Mən hesab edirəm ki, bizim sahibkarlar üçün Avropanın ən potensiallı investitsiya qoyulası ölkəsidir. Mənim çox xoşuma gəlir bu ölkə.

Macarıstan. Burada böhran öz sözünü deyir… məncə ediləcək bir şey yoxdur! Budapeşt – gözəl və məncə Avropanın ən sakit şəhəridir. Balaton gölündə dincəlməkdən başqa heç nə ilə yadda qalmadı…

Yunanıstan. Macarıstanın vəziyyətindədir. Salonikidəki gözəllikdən başqa yadımda heç nə ilə qalmadı…

Gördüyüm ölkələrdən və burada yazdıqlarımın məntiqi nəticəsi olaraq Sizə 3 vacib fikri demək istəyirəm:

  1. Dünyada Azərbaycanlı sahibkarların görə biləcəyi çox biznes fəaliyyəti var. Sadəcə bunun üçün kompleksiz şəkildə dünyaya açılmaq lazımdır!
  2. Azərbaycanın imicinin artırılmasının başlıca yoluda yerli biznesmenlərimizin xarici bazarlarda inkişaf etməsidir!
  3. Dünyanın ən gözəl ölkəsi Azərbaycan, ən gözəl yer isə öz evindir!

Azərbaycanı sevirəm

Azərbaycan şirkətlərinin inkişaf coğrafiyası

şərhlər

şərhlər

3 Comments

  1. maraglidi, adamin hetta paxilligi tutur ) (bu geder yer gezmeye).

  2. maraglidi, adamin hetta paxilligi tutur ) (bu geder yer gezmeye).

  3. Bu yashda bu geder olke gezmek, Ilkin muellim menim kumirimsiz.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close