image_pdfimage_print

Dostlar hər həftə müxtəlif xeyriyyəçilik tədbirlərində iştirak etmək üçün vasitəçi şirkətlərdən təkliflər alırıq – mən bu təkliflərin faydasını başa düşmürəm. Fikirlərimi izah etməyə çalışım.

Birincisi istənilən şəxs və ya istənilən biznes subyekt əlbətdə ki, öz gəlirlərinin bir hissəsini xeyriyyəçilik istiqamətində xərcləməlidir. Necə deyərlər: “Əl tutmaq, əldən qalıb”. Mən şəxsən Azərbaycanda olan biznesmenlərin əksəriyyətinin xeyriyyəçiliklə məşğul olduğunu bilirəm. Həmçinin mən bilirəm ki, əgər insanın ürəyindən xeyriyyəçilik və ya kimin üçünsə yaxşılıq etmək keçirsə inanın mənə bunun üçün 3-cü bir şəxs tapmağa ehtiyyac yoxdur, insan özü rahatlıqla xeyriyyəçiliyə möhtac adamı (ailəni) tapa bilər (bilir).

İkincisi əgər biz yaxşılıq etmək istəyiriksə bunu çox səsləndirmək düzgün deyil, necə dəyərlər “kişi etdiyi yaxşılığı danışmaz”. Şirkətlər öz xeyriyyəçiliklərini açıq aşkar demələri məncə doğru deyil və sırf etik cəhətdən düzgün deyil. Axı sahibkar şhou biznes nümayəndəsi deyil ki, uşaq evinə gedib özünü video çəkdirsin. Mən xeyriyyəcilik tədbirlərin PR-nı edən şirkətlər haqqında pis fikirləşirəm. Kiməsə yaxşılıq edib, bunu “afişa” edəcəyiksə… deməli burda səmimilikdən söhbət belə gedə bilməz.

Dostlar biz Azərbaycanda yaşayırıq və bu ölkədə istehlakçı hər şeyi çox gözəl başa düşür (bu haqda yazmışdıq). İstehlakçı üzdə xeyriyyəçilik edib, arxada cəmiyyətə ziyan vuran biznesləridə görür, xeyriyyəçilikdən danışmayan lakin böyük xeyriyyəçilik işləri görən biznesmenləridə yaxşı tanıyır. Bu xalq axı Tağlyevlər yetişdirib!

Sonda marketoloq dostlarımızın nəzərinə görə bir məsələyədə toxunum bizim ölkədə hələ sosial-etik marketinq əsri başlamamışdır. Bügün istehlakçı davranışlarına sosial amillər demək olar ki, təsir etmir. Nəyin ki Azərbaycan bötüvlükdə post-sovet ölkələri üçün sosial marketinq alətləri hələ tezdir. Biz Avropalı deyilik ki, Pampers və ya Huggers arasında seçim etdikdə hansı brendin Somaliyə daha çox yardım etdiyinə görə gərar verək (seçim edək) … Azərbaycan nümunəsi kimi, bizdə heç kim Azərfon şirkətininin əlilləri işlətdiklərinə görə bu GSM operatordan danışmaz (danışmır).

Korporativ Sosial Məsuliyyətlə məşğul olan dostlarımız inciməsin lakin mən Azərbaycanda belə şeylərin faydasına inanmıram və ümumiyyətlə bunu şirkətin imicinə mənfi təsir etdiyini düşünürəm. Xeyriyyəçilik etmək istəyən sahibkar (biznes) Sizsizdə xeyriyyəçilik edir, PR elementi kimisə bundan istifadə etmək isə doğru deyil!

Gəlin marketinqi ədalətli edək…

Biznes haqqında – oxuyun

Brendinq haqqında – oxuyun

Araşdırma haqqında – oxuyun

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close