image_pdfimage_print

Dostlar mən bu yaxında təlimlərin birində brend yaradılması prosesində 3 həqiqət anı barədə söhbət etmişdim və P&G doktrinasını (buradan oxuya bilərsiniz) dəyərli AİR-çilərlə bölüşmüşdüm. Bugün mən Sizə yeni bir həqiqat anınından danışacam.

Bu həqiqət anını bizə çox “hörmətli” yeni mediyalar (sosial şəbəkələr)gətirmişdir. Buyurub video baxın!

 

 Siz artıq söhbətin nədən getdiyini başa düşdünüz. Həqiqətəndə bu belədir bügün insanlar hansısa bir məhsulu almamışdan qabaq mütləq onu internetdə axtarırlar və brendin qalib olması üçün yeni “sıfırıncı” təbəqədə qalib gəlməsi vacibdir. Əgər biz əvvəllər deyirdiksə ki, distribyusiya sıfırıncı həqiqət anıdır, bügün muasir internet brendlərə yeni kommunikasiya xətti təqdim edir. Güclü brendlər mütləq internetdə axtarış edilən zaman kateqoriyada birinci olmalıdır. Google rentabelliyi tezliklə dahada artacaq! Başqa sözlə desək bügün brendlər yalnız öz internet səhfələrində deyil, həmçinin neytral zonalarda (bloqlar, forumlar, sosial şəbəkələr və s.) qalib olmalıdırlar!

Bloqu yeni oxuyanlar üçün qısa arayış:

P&G şirkəti ilk dəfə olaraq 2005-ci ildə özünün əsas marketinq doktrinasını açıqladı. Şirkətin apardığı araşdırmalara görə insan məhsul seçimi zamanı gərar verdikləri zaman 2 vacib amilə nəzər yetirirlər:

  1. Məhsul alınması mağaza rəflərində keçirilən 7 saniyə ərzində baş verir. Bu seçimi mağazada məhsulun düzümü və mağazaya gələnə qədər müştəriyə reklam təsir edir. Bu marketinq FMoT – yəni birinci həqiqət anı adlandıldı. Şirkətdə FMoT Departamendi yaradıldı.
  2. Bundan sonra müştəri evə gedir və məhsuldan istifadəyə başlayır və bu zaman ikinci həqiqat anı başlayır SMoT. Müştəri məhsuldan razı qaldıqda ikinci dəfə hemən brendi almaq istəyə bilir.

Bundan sonra Nestlenin 25 ildən çox Marketinqində çalışan Lars Valentin brendlərin lider olması üçün distribyusiya amilinin vacib olduğunu bildirdi və bunu sıfırıncı həqiqət anı adlandırdı – ZMoT.

Ferrarinin Facebook-a nə işi var?!

QR kod və Vodofone

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close