Monthly Archives Dekabr 2012

Dostlar 2012-ni yola salırıq... xeyrlisi ilə. Təbii ki, bu il biz çox yeniliklər etdik, təbii ki bu il biz çox öyrəndik, təbii ki, bu il bizim çoxlu xoş və kədərli dəqiqələrimiz oldu... BUNUNLA BELƏ 2012 bizim üçün UĞURLU OLDU!!! Mən bütün bloq oxucularını qarşıdan gələn 2013 ilə münasibəti ilə təbrik edirəm. BOl sevinc, xoşbəxtli arzu edirəm! 2013 görəcəyimiz işlər çoxdur!!!…

Bu söhbət böyük müzakirə predmetidir… əslində məsələyə məntiqlə yanaşsaq görərik ki, Marketinq Direktorunun reklamla əlaqəli işi düzgün və ehtiyyacı olan Brifin verilməsidir. Digər bütün işlər reklam agentlikləri görməlidir, necə deyərlər hərənin öz “çörəyi” var. Mən bundan əminəm ki, “Marketinq Direktoru şirkətdə məcazi dildə desək, dirijor funksiyasını yetirir”. O konkret reklamın çəkilişində nəyin ki, konsept hazırlayan tərəf, heç iştirakçı tərəf belə olmalı deyil. Marketinq Direktorunun buna vaxtı yoxdur, çünki o daha strateji işlərlə məşğul olur (olmalıdır).

Dostlar bizim evdə yolka artıq dekabr ayının 3-ən qurulub (dəqiq yadımdadır, çünki qızımla birlikdə qurmuşam) və evdə tam yeni il ab-havası var. Buna əlavə olaraq hər gün qızımla yeni ilə hazırlaşırıq (nesə əzbərləmək, mahnı öyrənmək, yolka ətrafını fırlanmaq, yeni ildə tətildə vaxtın bölgüsü və s.)…))

İşdə vəziyyət tamamən fərqlidir… mən son həftədə artıq 4 dəfə müxtəlif korporativ yeni il tədbirlərində olsamda (hələ əlavə ikisinə dəvətliyəm), hələdə iş ilinin bitməsi ilə “barışa” bilmirəm.

Türkiyə məzunlarını BÖYÜK TƏLƏBƏ LAYİHƏSİNİN 20 İLLİYİ MÜNASİBƏTİ İLƏ TƏBRİK EDİRƏM!!!

Bu mövzu məni çox düşündürürdü və mən bu istiqamətdə öz fikirlərimi Sizlərlə bölüşmək istəyirəm. Keçmiz yazıların birində uğurlu biznes üçün əsas şərtlərdən biri (hətta birincisi) kadrlardan asılı olduğunu demişdik. Bügün Azərbaycan biznesində kadr faktorunun əsas ağırlığı məhz bir vaxtlar ölkəmizdən Türkiyəyə göndərilən tələbələrdir. Mən yazımda Türkiyyə məzunları və bu məzunların Azərbaycan biznesinə gətirdiyi faydalardan danışacam.

Bügün mən 3 çox vacib tədbirdə oldum: birincisi üzərində çalışdığımız bir layihənin görüşü oldu (bu haqda məlumat verə bilmirəm – hələlikkk), ikincisi Öz Klubda gənclərin sosial şəbəkələrdə roluna həsr edilmiş (facebooksevərlərlə birlikdə…) bir görüş edi və… üçüncüsu AİR-in Yeni il şənliyi edi… mən AİR yeni ilindən bu yazıda danışacam.

Mən bloqda nisbətən az oxunan, lakin mənə görə çoxxx faydalı olan yazıların keçidlərini verməklə bunları oxumağı Sizlərə tövsiyyə edirəm. Qadınlar nə istəyir? Burada biz muasir dövrdə qadınları bir istehlakçı kimi necə gördüyümüzdən danışırıq. Marketinq nədir? Burada mən nəzəri marketinqlə, Marketinq departamenti arasında gördüyüm fərqlər barədə məlumat verirəm. Həmçinin marketinqin əsas funksiyaları verilir. Oxumaq gözəldir… mən bu yazını çox sevirəm, çünki…

Dostlar bizim dövrdə menecerlər üçün çox vacib olan bir prinsip var. Bu prinsip bizim gələcək karyeramıza təsir edir, bu prinsip gələcək münasibətlərimizi yaradır, bu prinsip bizi daha güclü və ya zəif edir. Bu prinsip əslində çox sadədir…

Mən iş prosesində hansısa gərarlar verdikləri zaman tənqid olunacaqlarından qorxan adamları başa düşmürəm. Yaxşı ki, bizim bloqun oxucuları qorxmurlar. Belə adam marketoloq və bizneslə əlaqəli bir sahədə işləyirsə bu ümumiyyətlə… “biyabırçılıqdır”. Bilirsiz niyə?

Kommunikasiyada davamlı və sistemli işləyən brend dedikdə ilk ağlıma gələn Red Bull olur. Həqiqətəndi ciddi və daim vahid aparılan kommunikasiya mesajı var – Red Bull qanadlandırır.

Close