image_pdfimage_print

Azərbaycan brendlərinin yavaş-yavaş keysləri çoxalır və biz marketoloqlar bu məsələləri yaxından təqib etməliyik. Bu vacibdir. Bununla biz daha az səhvlər edəcəyik, bununla biz daha doğru praktikaya əsaslanan qərarlar verəcəyik, bununla biz artıq yavaş-yavaş milli brendinq elementlərini özümüzdə cəmləşdirə biləcəyik… bir sözlə daha yaxşı marketoloq, brend menecer olacağıq. Mən bu yazıda brend identifikasiyaya fikir vermədiyimiz zaman brendlərin yaşadığı problemlər haqqında Çüdo Peçka misalında danışmağa çalışacam.

Bu yaxında Marketinq AİR təlimlərinin birində brend strateqiyalar haqqında söhbət edirdik. İştirakçılardan biri brend identifikasiyaya çox gözəl bir tərif verdi: “Brend identifikasiya dedikdə brend menecerin yaratmaq istədiyi obrazlar başa düşülür”. Mən bu təriflə tam razıyam, lakin bir məsələyə diqqət etmək vacibdir. Brend identifikasiyanın, brend mövqeylənmə ilə fərqi ondan ibarətdir ki, identifikasiya brend menecerinin düşüncəsi və ya hədəfi, brend mövqeylənmə isə bunun əsasında müştərinin qəbul etdiyidir.

Nəzəriyyəçi “dostlarımız” qeyd edir ki, brend identifikasiya maksimum daimi və ardıcıl olmalıdır. Məsələn Volvo – daim etibarlılıq, Crest (bizim ölkələrdə Blend-a-Med) kariyesdən mübarizə, Coca-Cola sərinləşdirici içki (emosional tərzdə xoşbəxtlik), Starbucks xoş söhbətlər edilən yer, İkea munasib qiymətli ev əşyaları və s.. Brendin identifikasiyası olmadan heç bir uzunmüddətli inkişafdan söhbət gedə bilməz, çünki brend menecer hara getdiyini bilməsə, heç vaxt çatmaq istədiyi yerə çata bilməyəcək, güclü brend yaratmaq mümkün olmayacaq.

Çüdo Peçka Azərbaycan bazarında ilk və ən uğurlu brendinq nümünələrindən biri edi. Brendin əsasında rus adət ənənəsi dayanırdı və bütün marketinq elemetləri (addan tutmuş, satıcıların geyiminə qədər) əsas identifikasiyaya uyğun edi. Mənim ilk açılan Çudo Peçka mağazası yadıma düşür (8 mkr.) hər şey son dərəcə sistemli və düzgün. Bütün mağazada olan konsepsiya Çudo Peçkanın “rus peçkasının” gətirdiyini hiss etdirirdi.

Sonra Çudo Peçka öz identifikasiyasını yeni mağazalarda bir-bir uyğulayırdı və əlbətdə ki, çox uğurlu. Mən bu yerdə Çudo Peçkanın o vaxt ki, Marketinq Direktoru olan Teymur müəllimin əməyini xüsusi qeyd etmək istəyirəm. Həqiqətəndə Teymur müəllimin brendinq bilikləri və kreativliyi brendi ciddi inkişaf etdirirdi. Sonra… sonra problemlər başladı!

Çudo Peçka öz identifikasiyasını unudub yeni-yeni yemeklərin dalınca düşməyə başladı… tezliklə rus peçkasında biz dönər, lavaş, şəkər bura, paxlava və s. məhsullar gördük. “Qoca nənələr” kətə bişirməsi isə brendinqin “yas” mərasiminə bənzəyirdi! Brend heç kimə “YOX” demirdi… və bu brendin əsas identifikasiyası olan rus mətbəxi məntiqini tam öldürmüşdü. Düşünün ki, hər açılan mağazanın (kafenin) bir konsepti var edi və bu konseptsizliyə gətirirdi.

Təbii ki, brendin identifikasiyasına hətta satıcıların görünüşü belə təsir edirdi, əgər ilk açılan vaxtlarda Teymur müəllim hər bir satıcının götürülməsi prosesini brend idarəetmə elementi kimi standartlaşdıra bilmişdisə, sonrakı kadrlar brendin əsas mahiyyətini başa düşmürdü… və Çudo Peçka özünün “Peçka”sını itirməyə başladı.

Dostlar mən bügün brendin maliyyə göstəriciləri barədə xəbərim yoxdur, lakin əminəm ki, istər rentabellik, istərsədə satış rəqəmləri cəhətdən vəziyyətləri yaxşı deyil. Halbu ki, “Çudo Peçka” Azərbaycanda ən güclü və perspektivli brendlərdən biri edi. Mən çox inanıram ki, brend özünü rebrendinqini edib köhnə simasını qaytaracaq və “Çudo Peçka”nı qəbirdə olan brend kimi görməyəcəyik.

Azercell – Ev Brend nümünəsi

Azərbaycanda Pərakəndəçi Brendlər

YOX DEMƏK LAZIMDIR!

HR brendinq və Azərbaycan şirkətləri

şərhlər

şərhlər

4 Comments

  1. Ризвана Махмудова - Reply

    Очень интересная статья.
    СПАСИБО ВАМ.

  2. İlkin müəllim bu yazınıza təsadüfən rastladım.Bu günlərdə bu barədə düşünürdüm. Təbii ki sizin kimi elmi-əsaslı ifadə etmək mənim üçün bir qədər çətindir.Lakin Firkirlərimizin üst-üstə düşməsini görmək çox sevindiricidir.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close