1+1 = 3 Kommunikasiyanıza güc qatın (davamı)

Dostlar biz birinci yazımızda biznesdə müştərəkliyin faydasından danışmışdıq bu yazıda isə gəlin sinerji prinsipinin marketinq kommunikasiyalarına effektindən danışaq.

Marketinq kommunikasiyalarında dəyişməz qalan qaydalar dedikdə ağla gələn iki məsələ olur: bənzərsizlik və ardıcıllıq.

Bənzərszilik dedikdə biz nəzərdə tuturuq ki, istənilən kommunikasiya bu və ya digər formada mütləq fərqli olmalıdır. Standartlıq marketinq kommunikasiyasında effekt verə bilməz və təsiri bir həftə sürür!

Ardıcıllıq prinsipi əsasında yatan məntiq isə çox sadədir: Marketinq kommunikasiyaları bənzərsizlik formada ardıcıl olaraq vahid kommunikasiya mesajını müştəriyə verməlidir. Başqa sözlə desək brendin (şirkətin) vərdiyi müştəri vədi vahid olmalıdır bunun çatdırılma üsulu isə müxtəlif. Dediklərimizi “Bizim Tarla” brendinin üzərində misallar izah etməyə çalışım.

Bizim Tarla. Azərbaycanda ən uğurlu brendlərdən hesab etdiyimiz brendin müştəriyə verdiyi vəd bütün marketinq kommunikasiyalarında eynidir. İstər TV reklam, istər Billbord, istər qablaşdırma, istərsədə satış nöqtələrində vizuallıq – mesaj vahiddir: “Tarladan evinizə təmiz məhsulu gətiririk”. Bunu Bizim Tarla bizə müxtəlif yollarla çatdırır, məsələn Park Bulvarda qoyduğu mini-stendin dizaynı ilə və ya televiziya reklamında verdiyi mesajla və s.

Yerli brend öz strateqiyasında sinerji prinsipindən yaxşı istifadə edir. istənilən pərakəndə satış nöqtəsinə gedin və orada Bizim Tarla brendinin necə fərqli formada düzülüşünün şahidi olacaqsınız. Bununla belə bu fərqlilik yuxarıda sadaladığımız vahid mesajın üzərində qurulmuşdur.

Bu prinsiplə brend öz kommunikasiya gücünə güc qatır. Sinerji marketinq kommunikasiyalarında son dərəcə vacib elenentlərdəndir.

Əslində bu vahid kommunikasiya prinsipi yalnız Marketinqdə deyil, bizim özümüz üçündə keçərlidir… neysə bu uzun mövzudur!

Banklar bizi güldürsün?!

Reklam yaratma metodları

BLOQ KİMİN ÜÇÜNDÜR?!