image_pdfimage_print

Əziz oxucu artıq mənim   yazdığım 200-cü yazını oxuyursuz. Çox sevindiricidir ki, biz bunu cəmi 11 aya etmişik. İlk yazımız yazdığımız vaxtdan bloqun google olan “reytinqi” ilə indiki vəziyyətə görə çox fərqlidir.

Mən bu yazıda Sizinlə 100-cü yazımızda etdiyimiz kimi bəzi Statistik təhlil haqqında deyil, daha çox bloqumuzun verdiyi keyfiyyət xarakterli məsələlər barədə məlumat vermək istəyirəm.

Birincisi bizim bloq Azərbaycanda bir çox yeni bloqun yaranmasına təşəbbüskar kimi çıxış etmişdir. Başqa sözlə desək gənclər (yaşca gənc olsalarda, ixtisas və biliklərinə görə ciddi biliyə malik dostlarımız) bizim bloqu oxuyaraq öz bloqlarını yazırlar. Bu məni çox sevindirir. Ölkədə biznesdən yazan nə qədər çox olsa, biznes daha dərin başa düşüləcək. Buda iqtisadiyyatımızı daha tez inkişaf etdirəcək. İntelektual və öz fikrini rahat ifadə edən gənclər bizə çooox lazımdır. Yaxşı ki, Sizlər varsınız!

İkincisi bizim bloqun oxucuları arasında öz biznesini bloqu oxuyaraq quran dostlarımız var. Həmçinin marketinq baxışlarını dəyişən dostlarımızda az deyil… onlar əsl marketoloq kimi hərəkət edirlər, yeniliklər gətirirlər. Mən burdan bu oxucularımızı salamlayır və tutduqları yolun düzgün olduğunu bir daha qeyd edirəm. Yeni açılan istənilən biznes bizi daha güclü edir. Dostlar Siz biznes açmaqla tək öz mənafeyini deyil, həmdə cəmiyyətimizə xidmət edirsiz. Biznesmen düşmən deyil, cəmiyyətin inkişaf lokomotividir. Sizləri təbrik edirəm!!!

Üçüncüsu bizim bloqun konkret özünə məxsus auditoriyası formalaşmışdır. Mənə hər dəfə sosial şəbəkələrdən yazan çox saylı dostlarımız bloqu hər gün oxuduqlarını və burada olan məlumatların onların iş həyatında köməklik etdiyini deyirlər. Dostlar inanın səmimiyyətimə bizim bloqun oxucularının hər biri fərd olaraq müxtəlif peşə sahibləri olsalarda onları birləşdirən çox vacib bir dəyər var. Bu dəyərin adı POZİTİV YANAŞMADIR!

 Dördüncüsü bizim bloqda xüsusi bir xasiyyət formalaşıb bloqu yeni oxuyan daimi oxucularımız mənə e-mail yazırlar. Bu məktublar mənim üçün vacibdir: bununla biz öz fəaliyyətimizi daha düzgün aparırıq. Hansı mövzular, hansı problemlər haqqında daha çox yazmaq lazım olduğunu bilirik. Çox sağ olun öz fikirlərinizi bizə yazırsız. Bu bloq marketoloq bloqudur və təbii olaraq oxucuların istəyi bizim üçün birincidir. Eyni zamanda biz bloqumuzun qaydalarını təyin etmişik, riayyət etdiyinizə görə çox sağ olun. 

Beşincisi… Sizə bir şad xəbər verim. Bizim yaratdığımız FMR TV-in ilk verilişlərini bloqda izləyəcəksiniz və istənilən oxucumuz mənə hansı mövzunu müzakirəyə çıxarmağın vacib olduğunu deyə bilər.

Dostlar çox sağ olun bloqu oxuyursunuz və mənim Sizinlə bölüşdüklərimi qəbul edirsiniz.

Növbəti uğurlarımızdan danışarıq?!

Marketinq HAVA-sı DƏYİŞİR?!

Marketing TV tezliklə…

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close