image_pdfimage_print

Bügün Azərbaycanda ən dinamik inkişaf edən sektorlardan biridə pərakəndə sektorudur. Bununla belə bizim mağazaçılar inkişaf etmiş ölkələrdə olan pərakəndəçilik metodlarından istifadə etmirlər, bir növ inkişaf yalnız, kəmiyyət göstəriciləri ilə gedir. Yeni mağazalar açılır, mövcüd mağazalar genişlənir və s. 

Dünyada isə pərakəndəçilər “ağıllı” mağazaların üzərində işləyir. Nədir ağıllı mağaza?

Ağıllı mağaza dediyimiz zaman biz müştəriyə alış-veriş prosesini maksimum rahat və daha az xərclərlə təqdim etmək üçün aparılan vasitələrin cəmini başa düşürük. Elmi oldu?! Bağışlayın dostlar… Sadə dildə desək ağıllı mağaza – müştəriyə əlavə dəyərlər təklif etməyin bir yoludur. Bizdə bu işləyərmi?! – Əlbətdə işləyir. Bizim bazarlarda “yenilik” üzərində qurulan demək olar ki, bütün layihələr uğur qazanır – bazar boşdur. Bizdə mağaza açılması prosesinə ciddi yanaşan layihələr uğur qazanır.

Ağıllı mağazaçılıq özündə aşağıda qeyd edəcəyimiz komponentləri birləşdirir. Bu komponentləri təkmilləşdirməklə mağazanı daha ağıllı etmək olar. Bunlar hansılardır?!

  1. Satış sahəsi. Burada mağazalar İT texnoloqiyalardan istifadə edərək müştərilər üçün alış prosesini dahada asanlaşdıra bilərlər. Daha doğrusu bu istiqaməti aid olan məsələlər bir-başa olaraq mağaza içərisində rəflərin, kassanın, məhsul daşıma arabasının bir sözlə alış verişdə istifadə edilən bütün elementlərin yeni texnoloqiyalarla təmin etməklə edilir. Hal-hazırda bunu qlobal olaraq bunu ən yaxşı edən şirkət Media Markt hesab edilir. Mən Almaniyada mütləq bu mağazalarda oluram və bu brendin mağazaçılıq siyasətinə valeh oluram!!!
  2. Biznes proseslərin təkmilləşdirmək. Bu hal-hazırda post-sovet ölkələrinin ən böyük pərakəndə şirkəti olan X5 tərəfindən edilir (xariciləri demirəm). Burada söhbət işçilərin müştərilərlə danışıq tərzindən tutmuş, kassada xidmət vaxtının azaldılmasına qədər olan bütün proseslərin sistemləşdirilməsindən gedir. Buna bizim pərakəndəçilərin çox böyuk ehtiyyacı var.
  3. Mağaza ərazisindən kənarda fəaliyyət. Bu istiqamət bizim şirkətlər üçün hələ çətin görünsədə əslində ən perspektivli və dinamik inkişaf edən istiqamətdir. Bügün ki, müştəri artıq seçim prosesini asanlaşdırmaq istəyir, bu prosesdə bizə internet kömək edə bilər. Məsələn QR kod bu səpkidə bizə real imkanlar yaradır. Deyə bilərsiniz “bügün hələ tezdir” – məncədə, lakin qorxuram “sabah gec ola”.

Bir sözlə mən hesab edirəm ki, bügün Azərbaycan pərakəndəçi şirkətlər ağıllı mağaza konsepsiyası üzərində ən azı – düşünməlidir!!!

Azərbaycanda Pərakəndəçi Brendlər

Romantic-i Təbrik Edirəm!!!

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close