image_pdfimage_print

Bügün mən 3 çox vacib tədbirdə oldum: birincisi üzərində çalışdığımız bir layihənin görüşü oldu (bu haqda məlumat verə bilmirəm – hələlikkk), ikincisi Öz Klubda gənclərin sosial şəbəkələrdə roluna həsr edilmiş (facebooksevərlərlə birlikdə…) bir görüş edi və… üçüncüsu AİR-in Yeni il şənliyi edi… mən AİR yeni ilindən bu yazıda danışacam.

Məncə bloqun oxucuları Azərbaycanda ilk praktik marketinq seminarlarının keçirilməsi barədə məlumatları var. Təlim dekabr ayında sona çatır və iştirakçılar Yeni il tədbirinə bizi (AİR təsisçilərini) dəvət etmişdilər.

Dostlar 3 ay ərzində AİR məzunlarının bir-biri ilə belə yaxın networking qurduğu məni çox sevindirir və mən bizim Marketinq AİR ilk məzunları fəxr edirəm!

Bunun 3 səbəbi var.

Səbəb №1. Marketinq AİR məzunları bir-birləri ilə çox gözəl münasibətlər qura biliblər. Bugün biznesdə (marketinqdə) uğur qazanmağın əsas prinsiplərindən biridə məhz budur. Bunun bariz nümunəsi AİR-çilər arasında bəzən 4 il birlikdə təhsil alanlardan daha səmimi bir mühitinin hiss edilməsidir. Bizim təlimlər olduğu zaman əsas hədəflərimizdən biridə məzunlar arasında məhz belə bir münasibətlərin yaranması edi… – biz buna nail olduq!

Səbəb №2. Bilirsiz biz AİR novbəti məhsulu olan FMR TV yaradırıq. Bizim verilişlərimizin birində AİR-çilərin ikisini teledebata çağırdıq: sosial şəbəkənin cəmiyyəti təsiri mövzusunda. Dostlar Sizə səmimi deyim… mən bu qədər sahə biliyini, bu qədər natiqlik qabiliyyətini AİR-çilərdə görəndə çox sevindim. Bizim hədəflərimizdən biridə məzunlara natiqlik qabiliyyəti aşılamaqla yanaşı düzgün fikir emal etməyi bacarmaq edi. Bügün AİR-çilər buna suuuper edə bilir. Biz buna nail olduq!

Səbəb №3. Sıralamada sonuncu olsada məzmunca birinci olan məsələ, biz AİR-çilərin qismində özümüzə dostlar qazandıq. Bügün mən əminliklə deyə bilərəm ki, bizim məzunlarımız bizim həmfikirlər, dostlardır. Dostlar, vacib deyil eee, bügün AİR-çilər harda işləyir və hansı işlər məşğul olur… vacib odur ki, bu məzunlar tezliklə Azərbaycan biznes elitasına daxil olacaq və ölkə iqtisadiyyatına tövhələr verəcəklər. Biz bunu birinci Marketinq AİR təsis edəndə hədəfləyirdik.

Mən əminəm ki, Marketinq AİR-in martda olacaq ikinci təlimlərində biz daha əlavə 120 gəncə marketinq havasını hiss etdirəcəyik.

Mən əminəm biz Azərbaycanda Marketinq havasını daha təmiz və saf edəcəyik.

Gedəcək yol helə çooox uzundur!!!

 Marketing TV tezliklə…

İdman xarakteri nədir?

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close