image_pdfimage_print

Bugünlərdə Azərbaycan Marketoloqlarının yığışdığı “gizli məkan” kimi tanıdığımız qrupda bir maraqlı müzakirə oldu. Müzakirə maraqlı olduğu qədər, mənfi auralı və səhv istiqamətdə qedirdi.

Onlayn Marketinq portalı olan FaceMark özünün daxili imkanları hesabına bir kücə reklamı vermişdi (reklamda marketinq səhvləti həqiqətəndə var edi). Qrupda bunu bölüşən dostumuza “Xeyrli olsun”, “Bu Marketinqin inkişafı üçündür” kimi sözlər əvəzinə, “Bu nə dizayndır”, “Bu nə reklamdır” kimi kommentlər yazılırdı… bu mənə çox pis təsir etdi.

Mən bir neçə dəfə istər Marketinq AİR məzunlarına, istər çalışdığım sahələrdə, istərsədə yaxın dostlara “sendviç” metodu barədə danışmışam. Bu metod bizi daha səmimi edir, bu metod bizə problemləri həll etmək üçün köməkdir, bu metod bizi… neysə deməyim, bir sözlə bizim reklamçılar, dizaynerlər, marketoloqlar hələdə bu metoddan istifadə edə bilmirlər.

Dostlar mənə çox pis təsir edir ki, iki ziyallı adam hansısa bir konseptual həllin yerinə, durub xırda “reklamçılıqdan” danışır. Burada cılız olan reklamçılıq deyil, cılız olan edilən söhbətin məğzidir. Həmkarlar bir-az böyük düşünək…

Dostlar mənə çox pis təsir edir ki, konstruktiv tənqid yerinə, bəzən biz dağıdıcı tənqidlərə əl atırıq. Bundan heç kim xeyr tapmayıb! Nə tənqid edən, nə tənqid edilən. Məqsəd üzum yeməkdir, yoxsa üzünü yemək?! Mən hələ hansısa binanı dağıdan adamın tarixə düşdüyünü görməmişəm, amma bina quranları hamı tanıyır! Dostlar bina quranlara dəstək olun, bir-az məsələlərə istəkanın dolu tərəfindən baxaq… bir-birinizi dinləyək (svetofordan ibrət alaq)!

Dostlar mənə çox pis təsir edir ki, biz əl-ələ verib sektoru genişləndirmək yerinə, parçalanıb sektoru darlaşdırırıq. Əgər nədənsə xoşumuz gəlmirsə, biz bunun yaxşısını edib alternativlər təklif etməliyik. Məsələn, misalı özümdən çəkim ki, heç kim inciməsin. Sizin İlkin Manafovun bloqundan xoşunuz gəlmir?! Onda öz bloqunuzu yaradın… Rəhim müəllimin çox yaxşı sözü var: “Sosial fəaliyyətlərdə rəqabət ola bilməz” (mən bunu “pul olmayan yerdə rəqabət ola bilməz deyərdim”). Bugün Siz bir-birinizlə rəqabət edincə, gəlin əl-ələ verib sektorumuzu gücləndirək…

Əziz həmkarlar məsələni çox uzatmaq istəmirəm, amma Sizə çatdırmaq istədiyim ifadə çox “uzun” mənası var. Tənqid etməyin ən yaxşı yolu, tənqid etdiyiniz obyektin Sizin ideyalınızda olması üçün addımlar atmaqdır, başqa sözlə desək tənqid obyektinin yaxşılaşdırmaq lazımdır. Bunun üçünsə isə danışmaq yox, işləmək lazımdır.

“Danışınca” – “Edin”

Menecer QANUNU (sadə həqiqətlər)

Qəliz danışanlar kütləsi…

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close