image_pdfimage_print

Tezliklə Azərbaycan onlayn Marketing televiziyası fəaliyyətə başlayacaq. Marketinq AİR-dən yenilik. Bütün marketinq İcmasını təbrik edirəm!

İlk olaraq Marketing televiziyasını biz video.az saytından başlamaq istəyirik. Buradan videoların paylanmasını təşkil edəcəyik (yeri düşmüşkən video.az kollektivinə və bu işlərdə bizə kömək edən dostlara öz təşəkkürümüzü bildirmək məcburiyyətindəyik). Mən Sizə qısaca olaraq düşündüyümüz və tezliklə reallaşacaq layihə haqqında məlumat verim…

Layihənin ideya müəllifləri: Rafiq, Anar və yaxşı şeylərin “kopyalanmasından” bezməyən adını bildiyiniz bir nəfərdir. Biz düşündük ki, Azərbaycanda Marketinq havası yalnız Marketinq AİR təlimləri ilə, yazdığımız bloqlarla, dostlarımız marketoloqların səyi ilə deyil, həmçinin Marketinq teelviziyası ilə dəyişə bilər.

Televiziya bizə nə verəcək? İlk əvvəl qeyd edim ki, əsas məqsədimiz marketinq haqqında bildiklərimizi və təcrübədə yaşadıqlarımızı paylaşmaqdır. Bunun üçün biz yalnız oxuma deyil (bloqlar) həmçinin göstərmək üçün TV vacib olduğuna inanırıq. Marketinq TV biz ölkə marketoloqlarının, biznes icmasının fikirlərini dəyərli auditoriyamızla tanış edəcəyik.

Biz bunu necə edəcəyik?! Biz düşünürük ki, Azərbaycanda marketinq, idarəetmə, brendinq, satış, biznes haqqında təcrübəsi olan dostlarımızın fikirlərini daha çox adama çatdırmaqla əsas hədəf kütləmizə faydalı olacağıq. Əsas konsepsiya əlbətdəki “sadəcə paylaşırıq, öyrətmirik…” olacaq. AnarRafiqlə çox çalışmalıyıq.

Kimin üçün edirik? Marketinq TV ilk növbədə Azərbaycan şirkətlərində marketinq məşğul olan menecerlər üçün nəzərdə tutulmuşdur. Həmçinin bu ambisiyalı tələbələr və ümumilikdə marketinq haqqında düşünənlər üçün çox yaxşı informasiya resursu olacağına inanırıq!

Niyə onlayn? İlk əvvəl dostlarla televiya kanallarında marketinq verilişinin yaradılması haqqında düşünmüşdük. Hətta ilkin danışıqlarda etmişdir. Sonra auditoriyanın TV-ən çox məhz onlaynda olduğunu düşündük. Həmçinin onlayn olduğu zaman biz düşündüyümüz formatı daha rahat əldə etdiyimizi hiss etdik və… gərara gəldik Marketinq TV onlayn kanal kimi çıxış edəcək.

Nə vaxtdan başlayırıq?! Bizim ilk çəkilişimiz 09 dekabrda olacaq. Düşünürəm ki, TV efirdə hardasan yanvar ayının ilk günlərində olacaq. İstəyimiz öz daxili imkanlarımızla maksimum informativ marketinq kanalı hazırlayaq.

Sonda Sizdən bir xahişim var. Kanalımızda görmək istədiyiniz mövzu, eşitmək istədiyiniz xəbərlər (təbii ki mövzuya aid) varsa xahiş edirəm mənə yazın.

Hesab edirəm ki, bu layihə ilə Marketinq AİR özünün ana missiyası istiqamətində daha irəli gedəcək.

Hamımız üçün xeyrli olar, inşallah!!!

Bügündən kitab yazmağa BAŞLADIM!!!

Gələcək – özü gəlməyəcək!

şərhlər

şərhlər

10 Comments

  1. Ela…sadece ideya muellifi ve basharma azmi olanlar qarshisinda bash eyirem…

  2. İlkin, həmişəki kimi çox gözəl təsvirlə etmək istədiklərimizi izah etdi. Xeyirli olsun demək düşür bizə də.

  3. Xeyirli olsun. Production sahəsində kömək lazım olsa kömək e

  4. Xeyirli olsun. Production sahəsində kömək lazım olsa etməyə hazıram. Təki vətənə, millətə xeyirli olsun.

  5. Xeyirli olsun… sevindirici xəbərdir. Əziyyəti keçən hər bir insana təşəkkür edirəm.

  6. Çox gözəl addımdır. Təbrik edir və uğurlarınızın davamını diləyirəm.

  7. Mawallah. Xeyirli olsun. Cox ela xeberdi :)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close