image_pdfimage_print

Bu söhbət böyük müzakirə predmetidir… əslində məsələyə məntiqlə yanaşsaq görərik ki, Marketinq Direktorunun reklamla əlaqəli işi düzgün və ehtiyyacı olan Brifin verilməsidir. Digər bütün işlər reklam agentlikləri görməlidir, necə deyərlər hərənin öz “çörəyi” var. Mən bundan əminəm ki, “Marketinq Direktoru şirkətdə məcazi dildə desək, dirijor funksiyasını yetirir”. O konkret reklamın çəkilişində nəyin ki, konsept hazırlayan tərəf, heç iştirakçı tərəf belə olmalı deyil. Marketinq Direktorunun buna vaxtı yoxdur, çünki o daha strateji işlərlə məşğul olur (olmalıdır).

Məhz Marketinq Direktoru düşünməlidir ki, şirkət (brend menecerlə bu olmalıdır) müştəri gözündə hansı cür görünməlidir. Bu görüntünün yaradılması isə… sırf reklamçıların işidir. Rəhmətlik Oqilvinin çox maraqlı bir sözü var “İt olan yerdə yürməzlər…”. Xahış edirəm misaldan inciməyin… misalı bizdən iraq…

Məhz Marketinq Direktoru düşünməlidir ki, şirkətə hansı məhsullar lazımdır, bunun üçün araşdırmalar olmadır (başsız atlı olmaq olmaz) və bundan sonra ArGe qarşısında Briflər yazmalıdır…. (araşdırma Brifi haqqında burada oxuya bilərsiniz)

Məhz Marketinq Direktoru düşünməlidir ki, onun məhsulları mağazada necə sərgilənməlidir və bundan sonra merçandayzinq qarşısında tələblər qoymalıdır ki, nəyi, necə etmək lazımdır…

Məhz Marketinq Direktoru düşünməlidir ki, məhsulların qiymətqoyma siyasəti necə olmalıdır və bundan sonra istehsal və maliyyəçilər bunu hazırlamalıdır… bir sözlə marketinq – dirijordur, bir sözlə marketinq novatordur. Mən belə düşünürəm ki, bu belədir və ya ən azından mənim bildiyim marketinq budur…

Bu yaxından azərbaycanda ən kreativ marketoloqlardan biri hesab etdiyim dostum Rafiqin İdeal Parfumeriya üçün verdiyi reklama baxdıqda… bir daha düşündüm… “Ya mən səhv edirəm, ya mən çooox səhv edirəm”. Konseptə Sizdə baxın… həqiqətəndə gözəldir, düzdür?!

Rafiq İdeal Parfumeriyanın Marketinq Direktoru ola-ola konsept verib və… bu həqiqətəndə son dərəcə uğurlu alınıb. Burdanda dostumuzu təbrik edirəm!

Buna baxmayaraq mən Marketoloqun “qollarını çirmələyib” reklam işinə girişməsini doğru hesab etmirəm.

Dostlar Sizdə düşünün, “Marketoloq reklam konsepti hazırlaması nə dərəcədə düzgündür?!”. İgor Mann-ın yaxşı fikri, “Şirkət sayı qədər, Marketinq haqda fikir olur”. Mən isə deyirəm, “Sizin şirkətdə marketinqin nə iş gördüyünü mənə deyin, mən Sizin şirkətin necə çalışdığını deyim”

FMR TV-ə bu haqda mütləq bir verilişimiz olacaq… məncə Rafiqlə bir reklam agentliyinin dueli (mehriban dueli) əla olar, nə deyirsiz?!

Mehriban düşmən

Marketinq Departamenti və Nəzəri Marketinq

Marketinq müsahibə

şərhlər

şərhlər

2 Comments

  1. Bu movzuda Rafiq muellimin terefindeyem…(getdi diplom işi)…

  2. […] verərmi üzərinədir. Əvvəla Məhərrəm düşünür ki, marketinq direktoru İlkinin öz yazısında qeyd etdiyi kimi dirijor funksiyasını yerinə yetirməlidir. O hər işi düşünüb […]

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close