Monthly Archives Dekabr 2012

Bügün Azərbaycanda ən dinamik inkişaf edən sektorlardan biridə pərakəndə sektorudur. Bununla belə bizim mağazaçılar inkişaf etmiş ölkələrdə olan pərakəndəçilik metodlarından istifadə etmirlər, bir növ inkişaf yalnız, kəmiyyət göstəriciləri ilə gedir. Yeni mağazalar açılır, mövcüd mağazalar genişlənir və s. 

Mən hər gün işə gedəndə (həmdə gələndə) Statistika dairəsindəki “məhşur” svetoforun yanında keçirəm… burada təbii ki, heç vaxt svetofor işləmir. Əvəzində burada hər zaman “biyabırçı” vəziyyət olur. Maşınlar – maşınların üstündən keçir az qala. Bilirsiz dostlar bu vəziyyət bizə çox ibrət verə bilər.

Məncə Azərbaycanda ən sistemli brend idarəetmə aparan şirkətlərin başında duranlardan biridə Azərsundur. Şirkətdə son bir ildə Marketinqdə ciddi dəyişikliklər olduğu aydın şəkildə hiss edilir, məsələn “Bizim Tarla” kimi mükəmməl brend kommunikasiyaya malikdir, reklam yaradılma prosesi daha sistemlidir və s. Lakin bugünlərdə çıxan yeni reklamı mən Azərsun kimi şirkətə yaraşdırmıram. Şirkətdə Azmi Arslanın gəlişi ilə hiss edilən bir marketinqi havasını bu reklam tam məhv edir!!!

Azərbaycan brendlərinin yavaş-yavaş keysləri çoxalır və biz marketoloqlar bu məsələləri yaxından təqib etməliyik. Bu vacibdir. Bununla biz daha az səhvlər edəcəyik, bununla biz daha doğru praktikaya əsaslanan qərarlar verəcəyik, bununla biz artıq yavaş-yavaş milli brendinq elementlərini özümüzdə cəmləşdirə biləcəyik… bir sözlə daha yaxşı marketoloq, brend menecer olacağıq. Mən bu yazıda brend identifikasiyaya fikir vermədiyimiz zaman brendlərin yaşadığı problemlər haqqında Çüdo Peçka misalında danışmağa çalışacam.

Bügün şirkət əməkdaşları ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbələrlə görüşə getmişdik. Görüşdə əsas məqsəd post-sovet ölkələrinin ən böyük mebel şirkəti olaraq kadrlarımızın gənclərlə görüşməsi və yeni nəsli daha çox elmə, təhsilə marağını artırmaq, stimullaşdırmaq edi.

Close