image_pdfimage_print

Bilirsiz dostlar mənim yanımda Azərbaycan, Azərbaycan şirkətləri, Azərbaycan biznes mühiti, Azərbaycan biznesmenləri… bir sözlə vətənimiz haqqında öz vətəndaşlarımızın tənqidi fikirlər deməsini başa düşmürəm. Xarici deyəndə adam cavab verə bilir, bunu bizimkilər edəndə… nəysə!

Biz özümüz – öz ayranımıza turş deyə bilmərik… bu bizi istədiyimiz yerlərə getirməz! Həttə özlərindən razı şirkətlərimiz olsa belə, düşünürəm ki tezliklə bu tendensiya dəyişəcək. Mən çox sevinirəm ki, Azərbaycanda bu tip səhv düşünən adamların əksi olaraq gözəl işlər görən şirkətlər var. Bu yaxında biz öz şirkətimizdə 3-cü qlobal forum etdik. Bu forumda Embawood çalışdığı bazarlardan işçilər gəlmişdi…

Forumu Qəbələdə etdik, Qafqaz Hoteldə. Son dərəcə səligəli və iş üçün əla şəraiti olan bir yer edi. Vaxtınız olsa mütləq gedin.

Daha yaxşı hal odur ki, Azərbaycan şirkətinin keçirdiyi forumda rus, gürcü, kazax, ukrayn, türk və s. dilləri ana dili hesab edən işçilər var edi. Biz təqdimatda işçilərimizə ev tapşırıqları verdik və 4 ölkə mükəmməl ideyalarla dolu layihələr ortaya qoydu.

Mən çox sevinirəm ki, bizim iclaslarda biz ortaq dil olaraq rus, ingilis dilində danışırdıq. Bu əladır… bu sübüt edir ki, Azərbaycan biznesi öz gücünü göstərir və qloballaşır. Biznesdə bügünlə yaşayan şirkətlərimiz gündən-günə azalır.

Bir düşünün: “Əgər biz bunu “mebel” kimi qeyri-azərbaycan biznes sektorunda edə bilirəksə, görün digər sahələrdə nələr etmək olar!”. Biz sadəcə marketinqin, brendin, satışın, idarəetmənin, maliyyənin və ən vacibi insan qaynaqlarının əhamiyyətini bilməliyik. Sadəcə çalışmaq, çalışmaq və bir daha çalışmalıyıq!

Yerli biznesə dərin hörmətlə…

“Yerli istehsal” sindromu və reklam

Yeni strateqiya ücbucağı – maraqlıdır!

şərhlər

şərhlər

1 Comment

  1. Hər zaman demişəm ki, düzgün tənqid, düzgün tərifdən daha çətindir. Lakin bəzən “Azərbaycanda filan filan” deyərək mənfi auranın yaradılması məncə çox yanlış bir şeydi. Əgər nəsə çatışmamazlıq varsa onu gizlətmək və sonra isə düzəltmək lazımdır. Amma göz qabağındadlır ki, barmaqlarımıza sığmayacaq qədər inkişaf yönlərimiz və uğurlu biznes modellerərimiz var ki, bunları isə doğru təbliğ etmək lazımdır.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close