image_pdfimage_print

Dostlar mən gündəlik iş həyatımda orta menecmentin iş vaxtında sosial şəbəkələrdə etdikləri “səhvlərə” görə necə problemlər yaşadıqlarının şahidi oluram. Bloqumuzun oxucularının belə səhvlər etmədiklərinə inanıram, amma yenədə… bu səhvlərdən danışacam:

  1. Sosial şəbəkələrə iş vaxtı girəndə işçi vaxtı düzgün idarə edə bilmir. Məsələn çox zaman işçilər iş vaxtında sosial-şəbəkələrə elə aludə olurlar ki, şirkətin verdiyi əmək-haqqı müqabilində heç bir iş görmürlər (az iş görürlər). Bu çox pisdir. Biz mütləq çalışdığımız şirkətin haqqını ARTIQLAMASI ilə verək. Bəzi işçilər sosial şəbəkələrdən sui-istifadə edir və dəhşətlisi budur ki, özləri bir yana, digər yaxşı işçilərə pis örnək olurlar.
  2. Şirkətlə bağlı (konfidensial) məlumatları yayır. Çox maraqlıdır belə halların böyük əksəriyyətində işçilər bunu bilmiyərəkdən edir və (və ya) elə hesab edir rəhbərlik bunu bilmir. Dostlar heç kimdə bilməsə Sizi sevməyənlər, Sizin səhvlərinizi hamıdan (dostlardan) birinci görəcək! Sosial şəbəkələrdə şirkətiniz haqqında konfidensial informasiyalar vermək qətiyyən olmaz. Rəhbərlikdən başqa əlbətdə Sizin sosial şəbəkələrdəki “aktivliyiniz” rəqibləridə ayılda bilər.
  3. İşlə məşğul olmadığınızı göstərən statuslar yazmaq. Əslində mən bunu orta menecmentin ən çox buraxdığı səhv hesab edirəm. Məncə Siz tez-tez iş vaxtında belə statuslar görürsüz: “Axşam olsaydı…”, “Çox darıxıram…”, “…Yerə getmişdim (iş vaxtı)”, “Fikirləşə bilmirəm (düşünə bilmirəm, işləyə bilmirəm və s. bu seriyadan)”. Belə statusları iş vaxtında yazmaqla işçi “Mən işləmirəm” mesajını verir. Mən əminəm Siz iş vaxtında – işlə məşğulsunuz (belə deyilsə, bu çox pisdir). Mən əminəm ki Siz öz karyeranızı inkişaf etdirmək istəyirsiz (yoxsa bu bloqu oxumazsınız, düzdür?!). Ona görə yuxarıda olan statusları iş vaxtında yazmaq kobud səhvdir.
  4. İşdə və (və ya) şəxsi həyatda olan konflikt barədə yazmaq. Bunu işçilər çox zaman qeyri-ixtiyari edirlər və bununla sübüt edirlər ki, “Bizim iş vaxtında ağlımızda olan nədir?”. Buna bənzər ikinci məsələ iş vaxtı axtarış saytlarında olan vakankiyalar və ya məlumatları “Share” eləmək göstərilə bilər. Əmin olun, Sizin haqqınızda fikirləşmək üçün, Sizin haqqınızda rəy formalaşdırmaq üçün sosial şəbəkələrdəki statuslarınıza baxmaq yetərlidir. Özünüz haqqında kompromant yaratmayın. Heç bir sahibkar konfliktli işçi və ya yeni iş axtaranla uzunmüddət işləmək istəmir (istəməz).

Bir sözlə dostlar iş vaxtında yazdığınız statuslar Sizin karyeranızın “cinayətkarı” ola bilər. Biz bunu istəmirik!

QEYD: Bu yazılanlar orta və iri şirkətlərdə işləyənlər üçün keçərlidir.

İşdən çıxarmaqdan qorxmayın! – SAHİBKARLAR OXUSUN

Menecer böhranı – SAHİBKARLAR OXUSUN

şərhlər

şərhlər

4 Comments

  1. mükəmməl bir yazı )) təşəkkürlər.

  2. Bir sözlə iş zamanında facebook-a girməyin:)

  3. oxuyanda aydaaa dedim)))

  4. Mənim fikrimcə facebook u həddən artıq istifadə edərək qızıl dəqiqələrmizi boşa xərcləyirik . Unuduruq ki , boşa keçən hər saniyə bizə həm mənəvi həmdə maddi zərbə vurur .Xüsusi ilə işsizlərin orada boş vaxt keçirməklərini anlaya bilmirəm .
    Ondansa CV yazıb hansısa təşkilata ya poçt ya da internet resursları vasitəsi ilə göndərmələrini məsləhət görürəm .
    Çox şükür ki ,
    http://www.boss.az
    http://www.ishbook.com
    http://www.birinde.az kimi saytlar , girin cv nizi göndərin .

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close