image_pdfimage_print

Mən hər gün işə gedəndə (həmdə gələndə) Statistika dairəsindəki “məhşur” svetoforun yanında keçirəm… burada təbii ki, heç vaxt svetofor işləmir. Əvəzində burada hər zaman “biyabırçı” vəziyyət olur. Maşınlar – maşınların üstündən keçir az qala. Bilirsiz dostlar bu vəziyyət bizə çox ibrət verə bilər.

Mən əvvəllər svetofor yananda düşünürdüm ki, məni gecikdirir. Niyə? Çünki yanmasaydı mən rahat keçərdim… amma Statistika dairəsini bu fikrin əksini mənə hər gün sübüt edir (sağ olsun!!!). Bilirsiz bizim həyatımızdada bəzi vaxtlarda “svetofora” ehtiyyac var. Məsələn?!

Məsələn dostlarınız söhbət edəndə mütləq “svetofor” işləməlidir, çünki hamı danışsa heç kim, heçnə deyə bilməyəcək.

Məsələn hansısa bir işi görəndə svetofor olmalıdır ki, düzgün və ya səhv getdiyinizi görə biləsiniz. Çünki biz bəzən özümüzü qıraqdan görməmiz üçün dayanmalıyıq…

Məsələn biznesdə svetofor lazımdır! Çox saylı gərarlar sırf inersiya ilə verilir… və sonu müsbət olmur.

Məsələn səyahətə gedəndə svetofor olmalıdır, çünki Siz tam həzz almaq üçün bir anlıq dayanmalısınız!

Məsələn yemək yeyəndə svetofor lazımdır, doyduğumuzu başa düşmək üçün…))

Məsələn, çalışdığınız şirkətdə gördüyünüz işlərdə və ya cari fəaliyyətinizdə svetofor olmalıdır, çünki bəlkədə bir anlıq dayanıb “yolu” dəyişmək lazımdır…

Bir sözlə məncə biz həyatımızda “svetoforlardan” istifadə etməliyik…

P.S. Bir şeydə svetofor işləməz – ÖZÜNÜ TƏKMİLLƏŞDİRMƏDƏ

Almaniyada əhvalat

Perm – Moskva: təyyarədə əhvalat

Amsterdamda əhvalat

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close