image_pdfimage_print

Mən iş prosesində hansısa gərarlar verdikləri zaman tənqid olunacaqlarından qorxan adamları başa düşmürəm. Yaxşı ki, bizim bloqun oxucuları qorxmurlar. Belə adam marketoloq və bizneslə əlaqəli bir sahədə işləyirsə bu ümumiyyətlə… “biyabırçılıqdır”. Bilirsiz niyə?

Əgər Siz tənqiddən qorxursunuzsa, onda gərək heç nə etməyəsiniz. Çünki adam nesə etməyəndə səhv etmir, digər bütün hallarda səhv etmək ehtimalı var. Mən hesab edirəm ki, insanların uğur qazanmaları üçün öz “rahatlıq zonalarından” çıxmaları lazımdır. Yaxşı marketoloq olmağın yolu kimi düşünmək olar bunu.

Əgər Siz tənqiddən qorxursunuzsa, onda gərək heç bir emosiya göstərməyəsiniz… Emosiyasız yaşamaq olar?! Ondansa o adamlar adlarını “robotluq” kurslarını yazdırsınlar… (belə kurslar var?!) İnsanı – insan edən onun hissləri, emosiyalarıdır. Mən hesab edirəm ki, Səmimilik insaniyyəti xilas edəcək!

Əgər Siz tənqiddən qorxusunuzsa, onda gərək heç kimlə dost olmayasınız. İnsanlar “100 dollar” deyil və təbii olaraq kiminsə bizdən xoşu gəlirsə, mütləq kiminsə bizdən xoşu gəlməyəcək – bu reallıqdır. Əgər Siz mənim dostum olursunuzsa, deməli məni sevməyən adamların Sizdən xoşu gəlməyəcək və ən azından Sizə tənqidi yanaşacaq. Qorxursuz?! Onda heç kimlə dost olmayın. Çünki hamının xoşuna gələn adam ola bilməz.

Əgər Siz tənqiddən qorxusunuzsa, öz fikirlərinizi ifadə etməyin… ümumiyyətlı yaxşı olar ki, heç öz fikriniz olmasın. Çünki Siz fikir deyən kimi, kiminsə bundan xoşu gəlməyəcək (yəni bu fikri doğru hesab etməyəcək) və kritikaya başlayacaq. Bu lazımdır Sizə? Tənqiddən qorxursansa… məncə SUS!

Bilirsiz dostlar bu tip adamlar həyatda heç vaxt özünə yer tapa bilməz. Mən düşünürəm ki, tənqiddən qorxan adamlar ən böyük tənqidlərə məruz qalacaq adamlardılar…

Düşünməyə dəyər.

Marketoloq olmamağın yolları

Biznesmen OLMAMAĞIN yolları

şərhlər

şərhlər

1 Comment

  1. Eynən razıyam. Edilən tənqidlərdən yaxa qurtarmanın ən yaxşı yolu deyilənlərə kar kəsilməkdir!

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close