image_pdfimage_print

Türkiyə məzunlarını BÖYÜK TƏLƏBƏ LAYİHƏSİNİN 20 İLLİYİ MÜNASİBƏTİ İLƏ TƏBRİK EDİRƏM!!!

Bu mövzu məni çox düşündürürdü və mən bu istiqamətdə öz fikirlərimi Sizlərlə bölüşmək istəyirəm. Keçmiz yazıların birində uğurlu biznes üçün əsas şərtlərdən biri (hətta birincisi) kadrlardan asılı olduğunu demişdik. Bügün Azərbaycan biznesində kadr faktorunun əsas ağırlığı məhz bir vaxtlar ölkəmizdən Türkiyəyə göndərilən tələbələrdir. Mən yazımda Türkiyyə məzunları və bu məzunların Azərbaycan biznesinə gətirdiyi faydalardan danışacam.

İlk əvvəl bügün çalışdığım şirkət barədə məlumat verəcəm: şirkətimizdə biznesin yönləndirilməsi istiqamətində çalışan kadrların bir hissəsi məhz türkiyyə məzunlarıdır və bügün Azərbaycandan başqa 10-an ölkədə biznes fəaliyyəti aparan şirkətin bütün struktur bölmələrində orta və üst menecment olmaqla turkiyyəli məzunlar çalışır.

Türkiyə məzunlarının güclü olduğu digər sahə tibb sektorudur. Burada demək olar ki, sektor sözün yaxşı mənasında “türk” məzunların əlindədir. Bu yaxında bir yaxın adam xəstələnmişdi və köməyimizə yenədə türk məzun olan həkim gəldi. Məsələ burasındadır ki, bizim alışdığımız “sovet” professorlarından fərqli oalraq bu tip həkimlər öz üzərlərində daha çox çalışır və bütün sektorlarda olduğu kimi bu çox vacibdir.

Məsələ burasındadır ki, necə ki bir vaxtlar türk iqtisadiyyatına təkan verən güvvə alman biznesi olmuşdur, eləcədə bügün Azərbaycan iqtisadiyyatı türk məzunları ilə qurulur.

Mənim yaxın dostum Cəbrayil müəllim türk məzunlarının klassik müsbət simasıdır desəm, əminəm ki yanılmaram. Öz üzərində işləyən, savadlı, biznesi daha yaxşı başü düşən və insan kimi insan.

Bezən düşünürəm, görəsən türk məzunları olmasaydı özəl sektorda kimlər işləyərdi?! Axı bügün istənilən Azərbaycan şirkətində biznesin muasir sahələrində çalışın ekspertlərin demək olar ki, yarısı türk məzunudur…

Bank sektorunda türkiyyə məzunlarının iş fəaliyyəti təqdirə layiqdir… təsadüfi deyil bügün şəxsən mənim tanıdığım bir neçə çox yüksək səviyyəli bank mütəxəssi türkiyyədə təhsil almışdır. Onların içərisində nəyin Azərbaycan bankları hətta Rusiyada bank sektorunda işləyən həmyerlilərimiz var.

Təbii ki, ölkəmizdə olan (az-çox) turizm sektorunun aparıcı güvvəsidə əlbətdəki qardaş ölkə məzunlarıdır və mən Sizə deyim sektorun xilasıda yenə həmin məzunlardan asılıdır…

Türk məzunlarının əsas üstün cəhəti təbii ki, Azərbaycanda yeni-yeni yaranan biznes peşələrini daha düzgün başa düşmək (türkiyyədə gördükləri təsir edir), ticari düşüncəyə malik olmaq və son dərəcə praktik iş stilidir.

Bütün türk məzunlarına dərin hörmətlərlə…

Qlobal strateqiya hara – Azərbaycan hara

Türk biznesinin uğur səbəbləri

Xaricdə Gördüklərim…

şərhlər

şərhlər

3 Comments

  1. Teşekkür edirem! Ellerine saglik!

  2. Turkiye de tehsil alanlarin en esas ferqliliyi calishma exlaqidir, siyasi gorusunnen asili olmayaraq exlaqli genclik numayendeliridir.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close