image_pdfimage_print

Bizim bloqumuzu oxuyanlar vaxtın dəyərini bilən adamlardır və bu adamlar uzun-uzadı olan yazıları sevmədikləri üçün yazdığım fikirlərimi qısa yollarla Sizlərə çatdırmaq istəyirəm.

Biznesdə inkişafın iki strateqiyası var: güclü olduğunuz bazarda birinci olmaq və ya böyük bazarlardan paylar almaq. Bu iki strateqiya haqqında daha ətraflı məlumat verim.

Birinci strateqiya. Şirkət öz resurslarını ən çox satış rəqəmləri və rəqabət qabiliyyəti güclü olduğu bazarlarda cəmləyir. Bununla daha az risklə satışını artırır. Bu metod “kasıb süfrədə şah olmağa” bənzəyir. Deyə bilərsiz ki, bazar sonsuz deyil və şirkətin mütləq yeni bazarlara açılması lazımdır. Məndə razıyam. Lakin bununla belə nəzərə almaq lazımdır ki, şirkət bazarın sərhədlərini hissə-hissə genişləndirə bilər. Bunu ən yaxşı edən şirkətlərdən əlbətdəki General Electrik göstərmək olar. Mən hesab edirəm ki, yeni bazara girmək üçün əsas kriteriya bazarın həcmi və mənfəətlik səviyyəsindən çox, sözü gedən bazarda biznesin bügün rəqabət gücü və bazarın gələcək potensialıdır.

İkinci strateqiya. Şirkət yeni və bazar payı demək olar ki olmayan, yalnız böyük həcmi olan bazarlara girir. Digər sözlə desək şirkət “varlı süfrədə hansısa bir paya sahib olmaq istəyir”. Bu zaman yeni bazarlara girmək üçün biznes daha çox bazar potensialına fikir verir. Əlbətdə böyük bazarlar daha atraktiv görünür və ordan “pul iyi” gəlir. Lakin unutmaq olmaz ki, belə bazarlarda bu “iyi” bütün şirkətlər (mehriban düşmənlər) hiss edə bilir və burada böyük rəqabət olur. Rəqabətin çoxluğu bazara girmək istəyən biznes üçün çətinliklər yaradır.

Mən biznesdə (işdə) kasıb süfrədə şah olmağı tərcih edirəm. Bu metodun gələcəyi kimi “süfrəni” mütəmadi olaraq zənginləşdirmək olar. Həmçinin bu metod yuxarıda qeyd edildiyi kimi risklərin faizini xeyli aşağı salır bu biznesdə çox vacibdir. Hesab edirəm ki, muasir biznesdə xarici mühit amilləri vacib olsada (bazar tutumu, rəqabət mühiti, müştəri ehtiyyacları və s.), daxili mühit amillərinin təhlili yeni bazarlara girməzdən əvvəl daha əhəmiyyətlidir və uğura apara bilər.

Mən yeni bazarlara girmə gərarı verilən zaman sırf xarici mühit amilləri üzərində düşünən sahibkarları başa düşə bilmirəm. Bu pulunu çölə tökmə ehtimalını çoxaldır. (“savadlı” dillə desək investitsiya rentabelliyi aşağı olur).

Əlbətdə kaş ki, təcrübədə bu iki metodun sintezini etmək olardı… amma!!!

Hər birinizə varlı süfrənin şahı olmaq arzusu ilə…

 Biznesdə iradənin əhəmiyyəti haqqında

Balıqçı misalı…

Biznes strateqiyaların tətbiqində “qızıl üçlük” – maraqlıdır

şərhlər

şərhlər

1 Comment

  1. Maraqlıdır! Business dersidir, efendim!

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close