image_pdfimage_print

Dostlar bizim evdə yolka artıq dekabr ayının 3-ən qurulub (dəqiq yadımdadır, çünki qızımla birlikdə qurmuşam) və evdə tam yeni il ab-havası var. Buna əlavə olaraq hər gün qızımla yeni ilə hazırlaşırıq (nesə əzbərləmək, mahnı öyrənmək, yolka ətrafını fırlanmaq, yeni ildə tətildə vaxtın bölgüsü və s.)…))

İşdə vəziyyət tamamən fərqlidir… mən son həftədə artıq 4 dəfə müxtəlif korporativ yeni il tədbirlərində olsamda (hələ əlavə ikisinə dəvətliyəm), hələdə iş ilinin bitməsi ilə “barışa” bilmirəm. Artıq ikinci ildir özümə şəxsi hədəflər qoyuram, bu ilin hədəflərə çatma “hesabatını” hələdə özüm üçün işləyib bitirməmişəm, amma bügündən artıq buna başladım.

Hesab edirəm ki, uğur qazanmağın birinci yolu mövcud ildə görülən işlərin düzgün təhlilinin aparılması və gələcək ildə işlərin hədəflərinin qoyulmasıdır. Hədəflər iki cür olmalıdır: strateji hədəflər (minimum 3 il), taktiki hədəflər (1 il). Bu hədəflər olmadan ilin necə keçdiyi barədə fikir yürütmək mümkün deyil.

Hər bir insan, hər bir menecer verdiyi ən vacib və əhəmiyyətli hesabat özünə verdiyi hesabatdır məncə. Bu baxımdan ilin sonunda menecer mütləq özünə hesabat verməlidir: nə öyrəndə, nə etdi, nə qazandı (nə itirdi), nədən məhrüm oldu və nələr qazandı… və s.

Əziz bloq oxucuları Sizə tövsiyyəm belədir:

  • Keçən ilin hesabatını hazırlayın; (nə etmisiniz, necə etmisiniz, kiminlə və harada etmisiniz)
  • Gələn ilin hədəflərini qoyun; (hədəflər dəqiq və ölçülən olmalıdır, həmçinin ümumi strateqiyaya uyğunluq dərəcəsi yoxlanılmalıdır)
  • Yeni il tətillərində sevdiklərinizlə yaxşı istirahət edin; bu ilin uğurlu keçməsi uçun vacibdir, inanın mənə – sınamışam!!!

Arzu edirəm növbəti ilinizdə qoyduğunuz bütün hədəflərə çatasınız və məsul olduğunuz əməkdaşlar, partnyorlar qarşısında olan hesabatı belə verəsiniz (təxminən belə)… (Videonu yadıma saldığı üçün hörmətli əməkdaşımıza minnətdaram)

 

P.S. Məndə artıq gələn il üçün hədəfləri qoymağı bitirirəm və istirahət bu həftə sonundan başlayır… mənim üçün bloq yazmaqda bir istirahət olduğu üçün inşallah bloqda yazı ardıcıllığı dəyişməz.

 Beyinin autsorsinqi olmaz…

Milyonluq layihələr… neyə fikir verək?

şərhlər

şərhlər

1 Comment

  1. Free Piano

    Super! Great this typography carry on as usual Free Webmaster.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close